
Yanvarın 9-da Qaradağ rayonunun Ələt qəsəbəsindəki parkların birində qəsəbə sakini, tüfeyli həyat tərzi keçirən Saleh İsayev sərxoş halda yıxılaraq kəllə-beyin xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə məlumat verilib.
Araşdırmalar zamanı S.İsayevin baş nahiyəsinə yumruqla vurulması nəticəsində yıxılaraq xəsarət aldığı müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qaradağ Rayon Polis İdarəsi və 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ələt qəsəbə sakini Azər Həsənov müəyyən edilib və o saxlanaraq istintaqa təhvil verilib.
Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı