23/01/2018 23:47
728 x 90

Saxlanan şəxsdən tapança götürüldü

img

Yanvarın 9-da Xızı rayonunun Giləzi qəsəbə sakini Rasim Cəbiyevin ayaq nahiyəsindən güllə yarası ilə  xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla R.Cəbiyevin yanvarın 6-da Giləzi qəsəbəsində qəsəbə sakini Azər Rəhimovun münaqişə zəminində tapançadan açdığı atəşlə ayaq nahiyəsinə xəsarət yetirdiyi müəyyən edilib.  

Faktla əlaqədar cinayət işi başlanıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə A.Rəhimov saxlanıb. Ondan müvafiq sənədləri olmayan, xaricdə istehsal olunmuş  tapança götürülüb.

Saxlanan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər