22/04/2018 18:07
728 x 90

Maşından narkotik vasitə tapıldı

img

Daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 11-də Füzuli  rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Əsgər Hüseynov,  sərnişininin isə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onların üzərinə və avtomobilə baxış keçirilib. Nəticədə avtomobilin arxa oturacağının altında gizlədilmiş, A.Əhmədova məxsus, sellofan torbada olan  külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.

Ekspertizaya təqdim olunan narkovasitənin 1 kiloqram 455 qram marixuana olması barədə rəy verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri aparılır.

Saxlanan şəxslər maddi sübutla birgə istintaqa təhvil verilib.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər