22/04/2018 17:57
728 x 90

Axtarışda olan şəxs saxlandı, digər cinayətləri də açıldı

img

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanaraq istintaqa təhvil verilib.

Ətrafında aparılan tədbirlərlə onun ötən il sentyabrın 15-dən cari il yanvarın 9-dək olan müddətdə Bakı şəhər sakinləri olan İ.İmanova, R.Mikayılova, R.Məcidova, J.Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurladığı da müəyyən edilib.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər