22/04/2018 18:07
728 x 90

Münaqişəyə atəşlə son qoyulmuşdu...

img

Yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub.

Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanıb.

Ə.Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Dünyamalılar kəndində Ə.Bayramovla həmkəndlisi Muxtar Mustafayev arasında münaqişə baş verib və bu zaman M.Mustafayev Ə.Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.    

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mustafayev saxlanaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng də götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı 

Son xəbərlər