12/12/2017 04:55
728 x 90

Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat... - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması və həmin əməlləri törədən şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mürşüd-oba kənd sakini Ağabəy Ələsgərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanıb. Baxış zamanı onun üzərindən 8,420 qram narkotik vasitə olan marixuana aşkar edərək götürülüb. 

Polis əməkdaşları tərəfindən onun narkotik vasitəni aldığı şəxs də müəyyən edilib və şübhəli bilinən rayonun Niyazabad kənd sakini, əvvəllər məhkum olunmuş Babaseyid Ağayev də saxlanıb. Baxış zamanı onun üzərindən 4,535 qram marixuana aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə baxış zamanı isə həyətində dəmir borunun içərisində gizlətdiyi, ümumi çəkisi 469,072 qram marixuana da aşkar edilərək götürülüb.

Hər iki şəxs barəsində Xaçmaz RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Nizam HƏMİDOV
polis leytenantı

Son xəbərlər