22/11/2017 15:19
728 x 90

Siyəzən polisləri evlərdən silsilə oğurluqlar edən şəxsə qarşı uğurlu əməliyyat keçirdi... - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, noyabrın 11-də Siyəzən RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tululub.

Şübhəli şəxs qismində saxlanan Siyəzən rayon sakini Xəyyam Şahbazov Rayon Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olub ki, o, fərqli vaxtlarda rayon ərazisində əvvəlcədən gözaltı etdiyi, qapısı asma qıfılla bağlı olan evlərə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə 6 evdən oğurluq edib. Təkcə oktyabrın 10-dan noyabrın 10-dək o, daxil olduğu evlərdən 3 cüt qızıl sırğa, 8 ədəd qiymətli qaşlı qızıl üzük, 3 ədəd qızıl qolbağ, 4 ədəd qızıl klon, 1 ədəd qızıl zəncir, 4 ədəd qızıl diş, 1 ədəd “Nokia” markalı mobil telefon və digər məişət və bəzək əşyaları oğurlayaraq, ev sahiblərinə ümumi dəyəri təxminən 7000 manat məbləğində maddi ziyan vurub. 

Onun mənzillərdən götürdüyü qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.

Dindirilmə zamanı X.Şahbazov törətdiyi oğurluqları etiraf edərək, törətdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanıb, X.Şahbazovun başqa cinayətlərdə iştirakı olub-olmadığı araşdırılır.   

Nizam HƏMİDOV
polis leytenantı

Son xəbərlər