23/11/2017 00:35
728 x 90

Adı Rövşən Lənkəranskinin qətlində hallanan azərbaycanlı Tbilisidə öldürüldü - FOTO

img

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib. APA-nın yerli bürosunun məlumatına əsasən, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin iki - düşünülmüş qətl və odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması maddəsi üzrə cinayət işi başlanıb.

APA-nın yerli bürosu “Rustavi 2” televiziya kanalına istinadla xəbər verir ki, öldürülən şəxs, 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur.  Kanalın yaydığı xəbərə görə, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

Faktla bağlı hələlik saxlanılan yoxdur.

Son xəbərlər