21/11/2017 21:21
728 x 90

Adam oğurlayan dəstənin bir üzvü də yaxalandı – Bakıda...

img

Bakıda baş vermiş adam oğurluğu cinayəti ilə bağlı axtarışa verilmiş şəxs tutulub.

Baki-xeber.com-un DIN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (Adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Məmmədov Murad Həmzə oğlu tutulub.

 Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 Xatırladaq ki, daha öncə adam oğurluğu faktına görə dəstənin digər üzvləri tutulmuşdu.

Son xəbərlər