21/11/2017 21:29
728 x 90

Ba­kı Şə­hər Pro­ku­ror­lu­ğu Bi­nə­qə­di­də 18 yaş­lı Rə­şa­dın in­ti­har et­mə­si ba­rə­də mə­lu­mat yay­dı

img

İyu­lun 4-də Bi­nə­qə­di qə­sə­bə­sin­də ya­şa­yan 1999-cu il tə­vəl­lüd­lü Dün­ya­ma­lı­yev Rə­şad Vla­dis­lav oğ­lu­nun ya­şa­dı­ğı evin hə­yə­tin­də olan tur­nik­dən özü­nü asa­raq öl­dür­mə­si ba­rə­də da­xil ol­muş mə­lu­mat əsa­sın­da Ra­yon Pro­ku­ror­lu­ğu və Po­lis İda­rə­si­nin əmək­daş­la­rı tə­rə­fin­dən məh­kə­mə-tibb eks­per­ti­nin iş­ti­ra­kı ilə ha­di­sə ye­ri­nə və me­yi­tə ba­xış ke­çi­ri­lib, iş üçün əhə­miy­yət kəsb edən mad­di sü­but­lar gö­tü­rü­lüb və di­gər zə­ru­ri pro­ses­su­al hə­rə­kət­lər ye­ri­nə ye­ti­ri­lib.

R.Dün­ya­ma­lı­ye­vin me­yi­ti­nin xa­ri­ci müa­yi­nə­si za­ma­nı bo­yun na­hi­yə­sin­də stran­qul­ya­si­on şı­ram­dan baş­qa hər han­sı xə­sa­rət aş­kar olun­ma­yıb. Ha­di­sə ye­ri­nə ba­xış za­ma­nı me­yi­tin ya­nın­da aş­kar edil­miş mər­hu­ma məx­sus "Sam­sung" mar­ka­lı mo­bil te­le­fo­nun is­ma­rıc­lar bö­lü­mün­də fon şək­lin­də özü­nə qəsd edə­cə­yi ilə bağ­lı ha­mı­dan üzr is­tə­mə­si ba­rə­də ana­sı, ba­cı­sı, məşq­çi­lə­ri və bi­bi­si­nə ün­van­lan­mış mü­ra­ci­ət mü­əy­yən edi­lib.

Fak­ta gö­rə Ra­yon Pro­ku­ror­lu­ğun­da Ci­na­yət Mə­cəl­lə­si­nin 125-ci (özü­nü öl­dür­mə həd­di­nə çat­dır­ma) mad­də­si ilə ci­na­yət işi baş­la­nıb.

Ci­na­yət işi­nin hər­tə­rəf­li, tam və ob­yek­tiv araş­dı­rıl­ma­sı məq­sə­di­lə iş üz­rə məh­kə­mə-tibb, məh­kə­mə-psi­xo­lo­ji esk­per­ti­za­la­rı tə­yin edi­lib, R.Dün­ya­ma­lı­ye­vin ai­lə üzv­lə­ri­nin, qon­şu­la­rın və di­gər şəxs­lə­rin ifa­də­lə­ri alı­nıb.

İl­kin araş­dır­ma­lar­la mü­əy­yən edi­lib ki, R.Dün­ya­ma­lı­yev va­li­deyn­lə­ri və ba­cı­sı ilə bir­lik­də ya­şa­dı­ğı ün­van­da sə­hər sa­at­la­rın­da ev­də tək ol­ma­sın­dan is­ti­fa­də edə­rək in­ti­har edib. Araş­dır­ma­lar­la həm­çi­nin mü­əy­yən edi­lib ki, sağ­lı­ğın­da R.Dün­ya­ma­lı­yev­lə aman­sız rəf­tar edən, mü­tə­ma­di ola­raq lə­ya­qə­ti­ni al­çalt­maq­la hə­də-qor­xu gə­lə­rək özü­nü öl­dür­mə həd­di­nə çat­dı­ran şəxs ol­ma­yıb, elə­cə də mər­hu­mun hər han­sı şəx­sə bor­cu ol­ma­yıb.

Ha­zır­da iş üz­rə zə­ru­ri is­tin­taq təd­bir­lə­ri da­vam et­di­ri­lir.

Son xəbərlər