21/09/2017 21:25
728 x 90

Polis Qusarda silsilə oğurluq edən dəstəni ifşa etdi

img

Qusar rayonunda evlərdən və mağazalardan silsilə oğurluq edən dəstə saxlanılıb.  APA-nın yerli bürosunun xəbərinə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimov Vüqar Zahiroviçin 2016-cı ilin oktyabrında rayonun Çiləgir kənd sakini Güləliyev Fərrux Narif oğluna məxsus mağazadan 400 manat məbləğində müxtəlif adlı siqaret oğurladığı aşkarlanıb.

Onun tanışı Cavadov Tural Dəstəbək oğlu ilə birlikdə 2017-ci il fevralın 15-18-də Qusar şəhər sakini Qədirov Abubəkir Hacı oğluna məxsus yaşayış evindən oğurluq etdiyi müəyyənləşib. İki dost evdən hər birinin dəyəri 800 manat olan 3 ədəd “Sony” markalı televizor, iki ədəd ümumi dəyəri 800 manat olan planşet, qiyməti 250 manat olan “playstation” oyun modemi və disklərini, qiyməti 200 manat olan gitara, 50 manat dəyərində bir qulaqcıq, 100 manatlıq səs gücləndirici aparat, hər birinin dəyəri 50 manat olan 2 ədəd suvenir xəncər və bıçaq, digər ev əşyalarını oğurlayıblar. Ümumilikdə iki dost A. Qədirovun evindən 4330 manat dəyərində ev əşyalarını oğurlayıblar.

Sonra V. Zahiroviç T. Cavadov və Vəlibəyov Murad Yavəroviçlə əlbir olaraq bu il martın 17-də rayonun Gədəzeyxur kənd sakini Cəbrayılov Habil Novruzəli oğluna məxsus yaşayış evinin qarşısında olan 38 BD 139 dövlət nömrə nişanlı “Qazel” markalı maşını qaçırıblar.

Martın 19-da V. Zahiroviç T. Cavadovla birlikdə Qusar şəhər sakini Əmrahov Eldar Balamət oğluna məxsus evdən ümumi dəyəri 2370 manat dəyərində müxtəlif əşyalar oğurlayıblar. Onlar oğurladıqları əşyaları aparmaq məqsədilə Qusar şəhər sakini Əliyarov Azad Yunus oğluna məxsus 10 EX 656 dövlət qeydiyyatlı “Qaz 3110” markalı maşını qanunsuz ələ keçiriblər.

Faktla bağlı Qusar rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.

Son xəbərlər