21/09/2017 21:26
728 x 90

"Fa­vo­rit" mar­ket­də oğur­luq edib qa­çan şəx­si iki po­lis ser­jan­tı ya­xa­la­dı

img

Ma­yın 17-də Da­xi­li İş­lər Na­zir­li­yi­nin Baş İc­ti­mai Təh­lü­kə­siz­lik İda­rə­si­nə bi­la­va­si­tə ta­be olan Dip­lo­ma­tik Nü­ma­yən­də­lik­lə­rin mü­ha­fi­zə­si üz­rə Əla­hid­də Po­lis Ta­bo­ru­nun əmək­daş­la­rı, po­lis ser­jant­la­rı Ra­min Qə­di­mov və Rüs­təm Mə­hər­rə­mov pay­tax­tın Ya­sa­mal ra­yo­nu əra­zi­sin­də yer­lə­şən xa­ri­ci döv­lət­lər­dən bi­ri­nin sə­fir­li­yin­də xid­mət apa­rır­dı. 

Po­lis əmək­daş­la­rı, hə­mi­şə ol­du­ğu ki­mi, ye­nə də ayıq-sa­yıq idi­lər, ət­ra­fa diq­qət­lə göz gəz­di­rir­di­lər. Sə­hər sa­at 11 ra­də­lə­rin­də Hü­seyn Ca­vid pros­pek­tin­də­ki "Fa­vo­rit" su­per­mar­ket­dən bir nə­fə­rin çı­xıb qaç­ma­ğa üz tut­du­ğu nə­zər­dən qaç­ma­dı. Onun ar­xa­sın­ca çı­xan su­per­mar­ke­tin iş­çi­lə­ri "oğ­ru­nu sax­la­yın" de­yə kö­mək is­tə­di­lər. Po­lis əmək­daş­la­rı onu sax­la­maq is­tə­yən­də hə­min şəxs bu tə­qib­dən ya­xa qur­ta­ra bil­mə­yə­cə­yi­ni gö­rüb dur­du, tez ci­bin­dən bı­çaq çı­xa­rıb mü­qa­vi­mət gös­tər­mə­yə ça­lış­dı. Ət­raf­da xey­li in­san top­laş­mış­dı. Su­per­mar­ke­tin alı­cı­la­rı da çö­lə çı­xıb nə baş ver­di­yi­ni an­la­ma­ğa ça­lı­şır­dı­lar. Po­lis­lər dər­hal onu si­lah­sız özü­nü­mü­da­fiə fən­di ilə tərk­si­lah edə­rək zə­rər­siz­ləş­di­rib, bı­çaq­la bir­lik­də Ya­sa­mal RPİ-nin 26-cı Po­lis Böl­mə­si­nə təh­vil ver­di­lər.

Po­lis Böl­mə­sin­də apa­rı­lan araş­dır­ma za­ma­nı ha­di­sə­ni tö­rə­dən şəx­sin Şab­ran ra­yon sa­ki­ni Ra­min Pa­şa­yev ol­du­ğu, həm­çi­nin onun əv­vəl­lər nar­ko­tik va­si­tə­lə­rin sa­tı­şı və soy­ğun­çu­luq mad­də­lə­ri ilə iki də­fə məh­kum­luq hə­ya­tı ya­şa­dı­ğı da mü­əy­yən edi­lib. 

Ba­ki-xe­ber.com 

Son xəbərlər