22/06/2017 18:10
728 x 90

Bakıda silah səsləri - iki nəfər güllələndi

img

Bakıda silahlı insident olub. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Salyan şossesində qeydə alınıb. Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb.

Onlar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib.

Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir. 

Son xəbərlər