01/05/2017 10:16
728 x 90

Qaxda qadını çaya ataraq öldürən şəxs həbs edildi

img

Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.

Respublika Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə,martın 11-də saat 17 radələrində Qax rayonunun Alatəmir kəndi ərazisindən keçən çayda üzərində xəsarətlər olan naməlum qadın meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla naməlum meyitin Mingəçevir şəhərində kirayədə yaşayan 35 yaşlı Zərdab rayon sakini Gülnar İbrahimova olması müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun martın 8-də saat 18 radələrində Gülnar İbrahimova ilə görüşərək idarə etdiyi VAZ-2107 markalı avtomobillə onu Qax rayonu ərazisinə aparması və orada aralarında baş vermiş mübahisə zəminində onu öldürmək məqsədilə yüksəklikdən itələyib çaya ataraq qəsdən öldürməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

M.Məmmədov martın 15-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər