18/03/2019 18:37
728 x 90

Azərbaycan orta gəlirli ölkəyə çevrilib – iqtisadçılar Dünya Bankının yeni təyinatı ilə razılaşırmı...

“İqtisadiyyatın inkişafı istiqamətində görülən işlər sayəsində hazırda ölkəmiz orta gəlirli ölkələr siyahısında yer alır”

img

Fikrət Yusifov: “Yaxın gələcəkdə Azərbaycan orta gəlirli ölkə yox, daha yüksək gəlirli ölkə statusuna layiq görüləcək”

 

"Dünya Bankı indiyə qədər Azərbaycanla çox məhsuldar formada əməkdaşlıq edib və bu əməkdaşlıq bundan sonra davam etdiriləcək". Bunu “Trend”ə açıqlamasında bankın Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib. O qeyd edib ki, Azərbaycanın ötən illər ərzində əldə etdiyi nailiyyətlərlə fəxr edirik: “Azərbaycan orta gəlirli ölkəyə çevrilib”.

M.Tembon bildirib ki, Dünya Bankının Azərbaycanla əməkdaşlığı tərəfdaşlıq münasibətləri üzərində qurulub: "Bu münasibətlər, öz növbəsində, üç prinsipə – məlumat, bilik mübadiləsi, texniki dəstək və maliyyələşdirməyə əsaslanır, Bank Azərbaycana bu üç istiqamət üzrə, praktiki olaraq, bütün sahələrdə dəstək göstərib. Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığı "Ölkə üzrə tərəfdaşlıq strategiyası" çərçivəsində həyata keçirilir. Biz bu sənəd çərçivəsində Azərbaycan hökuməti ilə birgə hansı sahələrin dəstəyə ehtiyacı olduğuna qərar veririk. Bu gün kənd təsərrüfatı, səhiyyə kimi sahələri, kənd yerlərinin inkişafını, magistral yolların yenidən qurulması üzrə layihələri, həmçinin, "elektron məhkəmə" sisteminin tətbiqini dəstəkləyirik".

Azərbaycanın ötən illər ərzində əldə etdiyi gəlir sayəsində ölkəmizin orta gəlirli ölkəyə çevrilməsi barədə fikir bildirən iqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bunları qeyd etdi: “Cənub Qaz Dəhlizi” layihəsi üzrə keçirilən toplantıda iştirak edən Avropa İttifaqının nümayəndəsi də ölkəmizin orta gəlirli ölkələr siyahısına aid olduğunu deyib. Bəli, bu gün Azərbaycanın iqtisadi mövqeyi beynəlxalq reytinq agentliyində öncül sıralarda yer alır. Reytinq sıralamasında ölkəmizin adının ön sırada olması aparılan islahatlar nəticəsində əldə olunanlar hesabına baş verib. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan orta gəlirli ölkə yox, daha yüksək gəlirli ölkə statusuna layiq görüləcək”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatı tamam başqa vəziyyətdə idi. Ancaq indi orta gəlirli ölkələr siyahısındayıq. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində görülən işlər sayəsində Azərbaycan yüksək gəlirli ölkələr siyahısına daxil olacaq.

Günel CƏLİLOVA

Son xəbərlər