18/03/2019 18:37
728 x 90

Dollar ucuzlaşır, manat yerindədir – Azərbaycan iqtisadiyyatına dünyadan maraqlı baxışlar var

img

Son iki il ərzində ölkənin valyuta bazarında diqqət çəkən əsas məqamlardan biri manatın sabit mövqeyi ilə bağlıdır.  Müxtəlif xarici valyutalara nisbətdə sabit qalan manatın qarşıdakı dövr ərzində, dünya iqtisadiyyatında cərəyan edən proseslrin nəticəsi olaraq, əslində, müəyyən qədər möhkəmlənməsi gözlənir. Hazırda valyuta bazarında müşahidə edilən hal budur ki, manat həm avro, həm dollar, həm də digər valyutalarla müqayisədə, cüzi də olsa, məzənnəsini artırır.

Hazırda aydın görünür ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda dolların məzənnəsində hansısa artım gözlənilmir. Əksinə, avro ilə yanaşı, son bir neçə gündə dolların banklar tərəfindən satış məzənnəsində, cüzi də olsa, enmələr qeydə alınır. Bunu şərtləndirən səbəblər idxaldan asılılığın əhəmiyyətli dərəcədə aradan qaldırılması, qeyri-neft sektorunun, xüsusən də turizmin sürətli inkişafı, neftin dünya bazarlarında mövcud qiymətinin Azərbaycanın proqnozlarına uyğun olması və bu qəbildən olan digər amillərdir. Digər tərəfdən, hazırda APBŞ-ın özündə baş verənlər dolların qarşıdakı dövr ərzində müəyyən qədər ucuzlaşmasını istisna etmir. Çünki ABŞ hakimiyyəti artıq ucuz dolların mövcudluğunda marağını daha açıq bəyan edir. Birləşmiş Ştatlar prezidenti Donald Tramp bu fonda ABŞ Federal Ehtiyatlar Sisteminə (FES) qarşı tənqidlərini yeniləyib. O, FES-in sərt pul siyasətinin güclü dollara dəstək verdiyini və ABŞ-ın rəqabət gücünə zərər vurduğunu bildirib: "FES-də çox güclü dolları sevən bir şəxs var. Mən də ölkəmiz üçün güclü bir dollar istəyirəm. Lakin bu məqbul səviyyədə olmalıdır. Bizim ölkəmizin digər ölkələrlə rəqabət etməsini əngəlləyəcək qədər güclü bir dollar istəmirəm".

Bundan başqa, xatıraladaq ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra bu ölkənin dövlət borcu 2 trilyon dollar artaraq 21 trilyon  dollara çatıb. Buna paralel olaraq ABŞ-ın dövlət büdcəsinin kəsiri də artmaqdadır. 2018-ci ilin yekununda sözügedən göstəricinin 779 milyard dollar təşkil etdiyi bildirilir ki, bu da ötən il ABŞ-da istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyərinin 3,8%-i qədərdir. Bu, 1950-ci ildən bəri rekord hədd olmaqla 2017-ci illə müqayisədə 0,3 faiz bəndi çoxdur. Gözləntilər budur ki, ABŞ-ın dövlət borcu artmaqda davam edəcək və bu ilin sonuna azı 23 trilyon dollara çatacaq. Məhz belə böyük borc artıq iqtisadiyyat üçün ciddi risq yaradır və belə hal dolların mövqeyini də sarsıdır. Hesab edilir ki, bu gedişlə dolların sürətli ucuzlaşma mərhələsi başlana bilər. Bunu nəzərə alan bir sıra ölkələr artıq dolların valyuta ehtyiatlarında xüsusi çəkisini azaldır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan da ehtyiatlarında dolları daha çox qızılla əvəzləməyə başlayıb.

Yaranmış durumda isə dolların bu il ərzində manata nisbətdə ucuzlaşması qaçılmaz sayılır. Bunu şərtləndirən səbəb təkcə ABŞ-da baş verənələr deyil. Azərbaycanda idxalın getdikcə azalması, ixracın artması dolların mövqeyini zəiflədir. Bu gedişlə dollara tələbin, sifarişin daha da azalacağı gözlənir. Bu da, təbii ki, manatın məzənnəsinin möhkəmlənməsinə təsir göstərir. Eyi zamanda, ölkəyə daxil olan dollar kütləsinin sürətli artımı da prosesə təsir edir.

Dollarla yanaşı, avronun da manata nisbətdə müəyyən qədər dəyər itirməsi müşahidə olunur. Ümumiyyətlə, son bir neçə gündə dünya maliyyə bazarlarında avronun əhəmiyyətli dərəcədə ucuzlaşması müşahidə olunur. Avropa iqtisadiyyatında baş verənlər səbəbindən hesab olunur ki, avro bazarda uzun müddət təzyiq altında qalmaqda davam edəcək. Bu hal manatın da kursuna ciddi təsir etmək iqtidarındadır. Bu mənada, əksər ekspertlərə görə, dünya bazarlarında avronun ucuzlaşmasının Azərbaycanda təsiri təbiidir. Avronun ucuzlaşmasının müsbət təsiri həm də ondan ibarətdir ki, ölkəmizdə Avropa malları ucuzlaşa bilər.

Dollar və avronun uxuzlaşmasını şərtləndirən daha bir faktor odur ki, son illərdə kredit reytinq agentlikləri, o cümlədən  “Standard & Poor’s” və “Fitch”  Azərbaycanın kredit reytinqini sabit saxlayıb. Bu da o deməkdir ki,  dünyada Azərbaycan iqtisadiyyatına, onun valyutasına inam yüksək olaraq qalır.  Bu durumda Azərbaycan dövlətinin xarici borclanması üçün daha əlverişli şərtlər formalaşır.  Çünki kredit reytinqi suveren fondlar, pensiya fondları və digər investorlar tərəfindən Azərbaycanın tədiyyə qabiliyyətini ölçmək üçün yaxşı imkan sayılır. Başqa sözlə desək, kredit reytinqi ölkənin borclanma xərcini müəyyənləşdirən başlıca amillərdəndir. Kredit reytinqi artdıqca ölkənin xarici borclanması zamanı şərtlər də dəyişir, məsələn, borcun faizi aşağı düşür. Bu da o deməkdir ki, borcların ödnəilməsi üçün xarici valyutaya tələb azalır. İkincisi, yüksək kredit reytinqi xarici kapitalın ölkəyə gəlişini süorətləndirir və bu hal da yerli valyutanın ımüəyyən qədər güclənməsinə rəvac verir. Belə vəziyyət Azərbaycan şirkətlərinin  beynəlxalq maliyyə bazarlarına çıxış imkanlarını, ixrac potensialını genişləndirir. Yəni ölkəyə daha çox xarici valyuta gəlir. Ən əsası da, manatın sabitliyinin qorunması üçün daha yüksək kredit reytinqi əlverişli şərait yaradır. Təsadüfi deyil ki, “Fitch”in proqnozuna görə, Azərbaycan manatının dollara nisbətdə məzənnəsi növbəti illər ərzində müəyyən qədər möhkəmlənəcək.

Tahir TAĞIYEV

Son xəbərlər