18/03/2019 18:37
728 x 90

Azərbaycanın Gömrük rəhbərləri Vyana və Brüsseldə risqlərin səmərəli idarəçiliyi üzrə üç beynəlxalq təcrübə ilə tanış oldular - FOTO

img

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığı ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Hunter" layihəsi çərçivəsində Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Gömrük Risqlərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və müvafiq şöbələrin rəislərindən ibarət nümayəndə heyəti Avstriyanın Vyana və Belçika Krallığının Brüssel şəhərlərində səfərdə olub.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, "Hunter" layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin və Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi xanım Baronessa Emma Nikolsonun iştirakı ilə bu il fevralın 19-da Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Böyük Britaniyanın Sərhəd Qüvvələri adından çıxış edən Daxili İşlər Departamentinin Dövlət Katibliyi arasında birgə bəyanat imzalanıb.

"Hunter" layihəsinə əsasən, beynəlxalq daşımalar zamanı gömrük-sərhədkeçmə prosedurlarının sadələşdirilməsi vasitəsilə həm mallar, həm də şəxslər üzrə məlumat analizi və hədəflərə dair beynəlxalq imkanların yaradılması, effektiv gömrük nəzarətinin genişləndirilməsilə ölkələrin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların qarşısının alınması, həmçinin məlumat analizi bazasının və hədəflənmə imkanlarının inkişaf etdirilməsi ilə aviadaşıyıcılar və oxşar məlumat toplama sistemləri (dəniz, poçt/sürətli bağlamalar və konteynerlər) tərəfindən təmin olunan Sərnişinlərə Dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) məlumatlarının toplanması daxildir.

Dövlət Gömrük Komitəsinin nümayəndə heyətinin səfərində əsas məqsəd hədəfləmə və risqlərin səmərəli idarəçiliyi sahəsində dünya təcrübəsində mövcud olan ən mötəbər 3 beynəlxalq sistemlə yaxından tanış olmaq və bunların sırasında ən öncül sistemin ölkəmizdə tətbiqi imkanlarını araşdırmaqdan ibarət olub.

Son xəbərlər