23/02/2019 05:41
728 x 90

Daha iki bankın bağlanmaq təhlükəsi var…

“Hazırda iki deyil, üç bank funksiyasını tam olaraq yerinə yetirə bilmədiyi üçün, onların bağlanmaq risqi yüksəkdir”

img

Vüqar Bayramov: “Bankların tam olaraq bağlanmasının deyil, birləşdirilməsinin tərəfdarıyıq”

 

Azərbaycanda daha iki bank bağlanmaq təhlükəsilə üz-üzədir. Bu barədə mediada yayılan məlumatda qeyd olunur. Maliyyə bazarlarındakı mənbənin yaydığı məlumatda qeyd olunur ki, artıq hər iki bankın rəhbərliyinə rəsmi məktub da göndərilib.

Bankların rəsmi olaraq bağlanması elan olunmasa da, artıq əmanətçilər öz əmanətlərini geri çəkmək istəyirlər. Bankların maliyyə resursları tükəndiyindən, əmanətlərin geri qaytarılmasında problemlər yaşanır.

Bağlanmaq təhlükəsi ilə üzləşən banklarla bağlı iqtisadçı-ekspert Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda iki deyil, üç bank funksiyasını tam olaraq yerinə yetirmir. Həmin banklar öz funksiyasını yerinə yetirməkdə çətinlik çəkir. Bu səbəbdən də həmin bankların bağlanma ehtimalı daha yüksəkdir: “Hesab edirəm ki, öz funksiyasını yerinə yetirə bilməyən banklar hazırda müəyyən çətinliklərlə  üzləşirlər. Bu çətinliklər açıq şəkildə müşahidə olunur. Bankların tam olaraq bağlanmasının tərəfdarı deyilik. Əksinə, bankların birləşdirilməsini arzu edirik. Əvvəlki illərin təcrübəsinə nəzər yetirsək görərik ki, bir sıra hallarda Maliyyə Bazarlarına Nəzarət Palatası bankların bağlanması ilə bağlı qərar qəbul edib. 2018-ci ildə bu proses bir qədər səngidi. Ancaq etiraf etmək lazımdır ki, hazırda bir sıra bankların bağlanması ilə bağlı müəyyən risq mövcuddur”.

Ekspert bankların bağlanmasının deyil, birləşdirilməsinin vacib olduğunu düşünür. Onun fikrincə, bankların sağlamlaşdırılması həyata keçirilərsə, bu sahədə vəziyyət müsbətə doğru dəyişər.

Həmsöhbətimiz onu da vurğuladı ki, bankların bağlanma təhülkəsinin yaranması səbəbi 2015-ci il devalvasiyası ilə əlaqədardir: “Devalvasiyalardan sonra vaxtı keçmiş kreditlərin geri qaytarılmasında yaranan problemlər, kapitallaşma səviyyəsinin aşağı olması və s. davamlı olaraq gedir”.

Günel CƏLİLOVA

Son xəbərlər