23/02/2019 05:36
728 x 90

Minimum əmək haqqını 180-dən aşağı edən sahibkarları gözləyən cəza...

Pərviz Heydərov: “Özəl sektorda çalışanlara 180 manatdan az məbləğdə əmək haqqı verilməsi düzgün deyil”

img

“Martın 1-dən etibarən əmək müqavilələrində əmək haqqı göstərilən yer dəyişdirilməli və minimum əmək haqqı alanların maaşı 180 manat olmalıdır”

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, hazırda özəl sektorda 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş günü üzrə işləyənlərin də əmək haqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əmək haqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistem vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əmək haqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.

Minimum əmək haqqını 180 manata çatdırmayan sahibkarların hansı formada cəzalandırılması ilə bağlı fikir bildirən iqtisadçı ekspert Pərviz Heydərov baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, martın 1-dən etibarən minimum əmək haqqının məbləği 180 manat dəyərində olacaq. Bu həm dövlət, həm də özəl sektora şamil olunur: “Özəl sektorda çalışanlara 180 manatdan az məbləğdə əmək haqqı verilməsi düzgün deyil. Buna yalnız əmək müqaviləsi əsasında nəzarət etmək mümkün ola bilər. Martın 1-dən etibarən əmək müqavilələrində əmək haqqı göstərilən yer dəyişdirilməli və minimum əmək haqqı alanların maaşı 180 manat olmalıdır. Bunu hansı özəl sektor yerinə yetirməzsə qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada cəzalandırılmalıdır. Bu qanunda nəzərdə tutulub. Hesab edirəm ki, bu qayda minimum əmək haqqı alan işçilərlə əmək müqaviləsi bağlanılmasının sayının artmasına səbəb olacaq. Özəl sektorda çalışan müəssisə rəhbəri və ya sahibkar işçi ilə əmək müqaviləsi bağlamasa o qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati qaydada cəzalandılacaq”.

Güne CƏLİLOVA

Son xəbərlər