23/02/2019 05:48
728 x 90

Azərbaycan sənaye istehsalı tarixində sıçrayış - xüsusi təyinatlı avtomobillər…

img

Ramil Osmanlı: “Azərbaycanda qeyri-neft sektorundan kənar istənilən sahədə sənaye obyektlərinin yaradılması ümumi iqtisadiyyatın inkişafına təkan verən amillərdən biridir”
Nüsrət İbrahimli: “Xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun yaradılması məşğulluğun artırılması, maşınqayırma sənayesinin…”

 

Xəbər verildiyi kimi, fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq. Qeyd edək ki, layihəni Azərbaycanın “Azərmaş” şirkəti Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirir.

Xatırladaq ki, ötən ilin aprel ayında Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.

Ölkəmizdə xüsusi təyinatlı avtomobillərin istehsal olunmasının əhəmiyyəti barəsində danışan iqtisadçı-ekspert Ramil Osmanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda qeyri-neft sektorundan kənar istənilən sahədə sənaye obyektlərinin yaradılması ümumi iqtisadiyyatın inkişafına təkan verən amillərdən biridir. Onun sözlərinə görə, yeni sənaye obyektlərinin yaradılması işsizliyin aradan qaldırılmasına səbəb olacaq. İş yerlərinin sayı artacaq. Nəticədə işsiz vətəndaşlar işlə təmin olunacaq.  Ekspert hesab edir ki, yeni istehsal subyektlərinin yaradılması xaricə pul axınının qarşısını ala bilər.  Həmçinin, iqtisadiyyatın sənaye sektorunun inkişafına səbəb olacaq: “Xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun yaradılması vacibdir. Bu tip zavodun ölkə iqtisadiyyatına faydası olacaq. Həm ölkəyə daxil olacaq valyutanın həcmi artacaq, həm də Azərbaycan istehsalı olan avtomobillər zamanla xarici bazara çıxacaq”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli bizimlə söhbətində bildirdi ki, xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun yaradılması müsbətdir. Xüsusi təyinatlı avtomobil dedikdə həm hərbi, həm yol inşaatı, həm də tikinti sektoruna lazım olan minik vasitələri nəzərdə tutulur: “Belə bir zavod tək Azərbaycan üçün deyil, ətraf ölkələr üçün də nəzərdə tutulur. Xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun yaradılması məşğulluğun artırılması, maşınqayırma sənayesinin və iqtisadiyyatın inkişafına səbəb olacaq”.

Günel CƏLİLOVA  

Son xəbərlər