17/02/2019 20:49
728 x 90

Avropa Bankı Azərbaycan şirkətlərinə yenə də manatla kredit ayıra bilər

img

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə manatla kredit ayrılmasının davam etdirilməsi imkanlarına baxmağa hazırdır. Bunu Trend-ə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

O bildirib ki, yerli kapital bazarlarının inkişafı və yerli valyutada kreditləşdirmə AYİB-in Azərbaycanda əsas prioritetlərindən biridir: "Əsasən milli valyutada gəlir qazanan şirkətlər valyuta riskləri ilə üzləşməməlidirlər".

Xanım İ.Duarte Azərbaycanda manat istiqrazlarının buraxılması prosesindən də danışıb: "Bu proses zəruri hüquq bazanın olmasından, həmçinin münasib bazar şərtlərindən asılıdır. Bütün zəruri elementlər təmin olunan kimi müvafiq informasiyanı təqdim edəcək və manat istiqrazlarının buraxılışını elan edəcəyik".

Nümayəndəliyin rəhbəri AYİB-in bu məsələlərin həlli və həmin prosesin icrası ilə bağlı müvafiq qurumlarla işlədiyini təsdiq edib.

Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda 2017-ci ilin sonunda ilk dəfə olaraq yerli valyuta ilə korporativ kredit verib. Kredit plastik və metal boruların iri istehsalçısı olan METAK şirkətinə ayrılıb. Kreditin dəyəri manat ekvivalentində 8 milyon avro təşkil edib.

Azərbaycan 1992-ci ildən AYİB ilə əməkdaşlıq edir.

Son xəbərlər