23/02/2019 05:43
728 x 90

Banklarda xarici valyuta ilə əmanətlər artır, manata inamın azalması, ya…

"Banklarda xarici valyuta ilə əmanətlərin həcminin artması müvəqqətidir”

img

Fuad İbrahimli:İnsanlar devalvasiya xofundan ehtiyat etdiyi üçün, xarici valyuta ilə əmanət yatırmağa üstünlük verirlər

 

Açıqlanan statistik rəqəmlərə əsasən, 2018-ci ilin dekabr ayında əhali dollar alışını kəskin artırıb. Bu, özünü dekabr ayında banklara qoyulan depozitlərin həcmində də göstərib. Depozitlər dekabrda 301,9 mln. manat artaraq, 8 mlrd. 375,4 mln. manata qalxıb.

Depozit artımında 119,8 mln. milli valyutanın, 182,1 mln. manat xarici valyutanın payına düşüb. Dekabrın sonunda cəmi fiziki şəxslərin əmanətlərinin 37,5%-i milli valyutada, 62,5%-i xarici valyutada olub.  

Ümumilikdə, 2018-ci ildə əhalinin bank əmanətləri 10,8% - 8 mlrd. 375,4 mln. manatadək artıb. Əhalinin xarici valyutada əmanətləri 4,1% - 5 mlrd. 233,2 mln. manata çatıb və bütün əmanətlərin 62,5%-ni tutur.

Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 870,4 mln. manat təşkil edir ki, bu da 2017-ci ilin sonuna olan göstəricidən 6,2% çoxdur.

Ekspertlər qeyd edirlər ki, son zamanlar insanlr arasında yaranan devalvasiya xofu dollara olan tələbatı artırıb. Bu səbəbdən də dollarla yerləşdirilən əmanətlərin həcmi artıb.

Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekpsert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son günlər dollara olan tələbat artıb. Bununda səbəbi devalvasiyanın olacağı ilə bağlı yayılan şayiələrdir. İnsanlar devalvasiya xofundan ehtiyat etdiyi üçün, xarici valyuta ilə əmanət yatırmağa üstünlük verirlər: “Bu səbəbdən insanlar dövriyyəsində olan vəsaiti dollara çevirir. Ancaq insanlar unudurlar ki, hazırkı şəraitdə ölkədə devalvasiyanın baş verməsi mümkün deyil. Nəzərə almaq lazımdır ki, hazırda ölkə iqtisadiyyatında belə bir risq yoxdur. Tam əminliklə bildirim ki, hazırda manatı heç bir təzyiq gözləmir”.

Həmsöhbətimizin sözlərinə görə, devalvasiyanın olacağı ehtimalını təəssüf ki, bəzi iqtisadçılar yayır. İnsanlar təşvişə düşərək əllərində olan vəsaiti xarici valyutaya çevirir və onu əmanət şəklində depozit kimi yatırırlar.

İqtisadçı onu da əlavə etdi ki, devalvasiya ehtimalını insanlar unutmalıdırlar. Bunun üçün tək yazılı media deyil, eyni zamanda, televiziya ekranlarında da ölkə iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı ictimaiyyətə məlumat verilməlidir.

Ekspert hesab edir ki, banklarda xarici valyuta ilə əmanətlərin həcminin artması müvəqqətidir: “Xatırladım ki, son zamanlar əmanətlərin yerləşdirilməsində manat üstünlük təşkil edir. Yaxın zamanlarda manatla yerləşdirilən əmanətlərin həcmi yenidən arta bilər”.

Günel CƏLİLOVA

Son xəbərlər