23/03/2019 01:31
728 x 90

Qeyri neft sektorunda 11 milyard investisiya bu il Azərbaycana hansı faydaları gətirəcək...

Rüfət Quliyev: “Hazırda respublikamızda sənayenin qeyri-neft sektorunda bir sıra yeni irimiqyaslı layihələr həyata keçirilir”

img

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu və Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib.

Prezident həmçinin qeyd edib ki, ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir: “Yəni bu onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir”. Ötən il ölkə iqtisadiyyatına yatırılan sərmayənin əksər hissəsinin qeyri-neft sektoruna qoyulması barədə fikir bildirən millət vəkili Rüfət Quliyev qeyd etdi ki, sevindirici haldır ki, ölkə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi ildən-ilə artır. Yerli investorlarla yanaşı, xaricilər də Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqda maraqlıdır: “Ötən il neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna da investisiya yatırılıb. Qeyri-neft sektorunun müxtəlif sahələrinə sərmayə qoyulur. Əsasən turizm, kənd təsərrüfatı, texnologiya və digər sahələrə investisiya yatırılır. Onu da bildirim ki, investorlar qeyri-neft sektorunun daha çox yüngül sənaye sahələrinə sərmayə yatırmağa maraq göstərir”. Millət vəkilinin sözlərinə görə, hazırda respublikamızda sənayenin qeyri-neft sektorunda bir sıra yeni irimiqyaslı layihələr həyata keçirilir. Həmin layihələrin müsbət nəticələri isə cari il ərzində özünü göstərəcək.

Günel CƏLİLOVA

Son xəbərlər