23/01/2019 18:35
728 x 90

Dünya Bankı Azərbaycan iqtisadiyyatında yaxın illərdə əhəmiyyətli artım proqnozlaşdırır

img

Dünya Bankı 2019-cu ildə Azərbaycanda 3,6 faiz həcmində iqtisadi artım proqnozlaşdırır. Trend bu barədə Bankın yeni “Dünya iqtisadiyyatının perspektivləri” hesabatına istinadən məlumat verir.

Proqnozlara əsasən, 2020 və 2021-ci illərdə Azərbaycanda bu göstərici müvafiq olaraq 3,3 və 2,7 faiz təşkil edəcək.

Azərbaycanın daxil olduğu Avropa və Mərkəzi Asiya regionunda isə artım tempi bu il 2,3 faiz, 2020 və 2021-ci illərdə 2,7 və 2,9 faiz səviyyəsində proqnozlaşdırılır.

Ümumilikdə proqnozlara əsasən, 2019-cu ildə dünya iqtisadiyyatının artım tempi 2,9 faizədək azalacaq. 2020 və 2021-ci illərdə iqtisadi artım tempi 2,8 faiz həcmində gözlənilir.

Son xəbərlər