23/01/2019 18:37
728 x 90

Xaricilərin Azərbaycan banklarında əmanətləri azalır…

“Banklarda qeyri-rezidentlərin əmanətlərinin həcminin azalması neftin qiymətinin dəyişməsi ilə bağlıdır”

img

Fuad İbrahimli: “Azərbaycan iqtisadiyyatında yeni bir dövrün start götürməsi, transformasiya prosesləri qeyri-neft sektorunun inkişafı ilə nəticələnməklə, qeyri-rezidentlərin də banklardakı vəsaitlərinin…”

 

Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətləri yenidən azalmağa başlayıb. Məlumata görə, 2018-ci ilin noyabr ayında xaricilərin əmanətləri 84,6 mln. manat və yaxud 10 % azalaraq dekabrın 1-nə 760 mln. manata düşüb. Azalma əsasən xarici valyuta ilə yerləşdirilmiş əmanətlərin hesabına baş tutub. Belə ki, hesabat ayında xaricilərin milli valyuta ilə əmanətləri 11,5 mln. manat və yaxud 13,2 % artaraq 98,4 mln. manat, xarici valyuta ilə əmanətləri isə 96,1 mln. manat və yaxud 12,7 % azalaraq manat ekvivalentində 661,6 mln. manat təşkil edib.

Qeyd edək ki, dekabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətləri 8 073,5 mln. manat olub və bunun 90,6 %-i və ya 7 313,5 mln. manatı rezident, 9,4 %-i və yaxud 760 mln. manatı qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Dekabr ayı ərzində xaricilərin banklara yerləşdirdikləri əmanətlərin həcmi nə səbəbdən azalır?

İqtisadçı-ekspert Fuad İbrahimli məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, banklarda qeyri-rezidentlərin əmanətlərinin həcminin azalması neftin qiymətinin dəyişməsi ilə bağlıdır: “Neftin qiymətinin düşməsindən sonra bəzi iqtisadçılar növbəti devalvasiyanın olacağı barədə məlumat yaydılar. Bu səbəbdən bəzi şəxslər banka yerləşdirdikləri əmanəti geri çəkdilər. Halbuki, bazar araşdırılsaydı, devalvasiyanın gözlənilmədiyi bəlli olardı”. 

Həmsöhbətimiz onu da əlavə etdi ki, son vaxtlar bir neçə xarici şirkət, onların buradakı nümayəndəlikləri ölkəmizdən gediblər. Bu, həmin şirkətlərin öz vəziyyətləri ilə izah olunur: “Demək istədiyim odur ki, xaricilərin kommersiya banklarındakı əmanətlərinin həcminin azalmasında bunun da rolu olub.

Bütövlükdə isə, azalma elə ciddi rəqəmlə ifadə edilmir. Həmçinin, azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə baş verib. Manatla ifadədə isə artıb. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatında yeni bir dövrün start götürməsi, transformasiya prosesləri qeyri-neft sektorunun inkişafı ilə nəticələnməklə, qeyri-rezidentlərin də banklardakı vəsaitlərinin artması ilə müşayiət olunacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər