15/12/2018 16:13
728 x 90

Vaxtı ötmüş kreditlərin ümumi məbləğində 50 milyon azalma var, nə baş verir...

“Son zamanlar vaxtı ötmüş kreditlərin həcmində artım yoxdur”

img

Samir Əliyev: “Problemli kreditlərin həcmi müəyyən bir dövr ərzində artır, hansısa dövrdə isə yenidən azalır”

 

Son bir ayda Azərbaycan banklarının kredit portfelində 21,1 milyon manat azalma var. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda qeyd olunur ki, noyabrın 1-nə ölkə banklarında 12 milyard 281,3 milyon manat kredit portfeli olub, bu da bir ay əvvəllə müqayisədə 21,1 milyon manat azdır.

Əvəzində bu dövrdə ölkədə problemli kreditlərin həcmi azalıb. Hazırda problemli kreditlər 1 milyard 698,6 mlyon manat təşkil edir ki, bir ay əvvələ nisbətən 50,1 milyon manat azdır. Problemli kreditlərin ümumi kredit portfelində payı da azalaraq 14,2%-dən 13,8%-ə enib.

Problemli kreditlərin həcminin azalması barədə iqtisadçı-ekspert Samir Əliyevin fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son zamanlar vaxtı ötmüş kredirlərin həcmində artım yoxdur. Problemli kreditlərin həcmi müəyyən bir dövr ərzində artır, hansısa dövrdə isə yenidən azalır: “Hazırda problemli kreditlərin həcmində stabillik müşahidə olunur. Ancaq bu onu deməyə əsas vermir ki, problemli kreditlər ödənilir və bu sahədə yaşanan problem həll olunur. Nəzərə almaq lazımdır ki, zaman vaxtı ötmüş kreditlərin əleyhinə işləyir. Zaman keçdikcə, problemli kreditlərin həcmi daha da artır. Çünki əvvəlki kreditlər ödənilmədiyi üçün həcm daha da böyüyür”.

Həmsöhbətimiz hesab edir ki, problemli kredit məsələsi hələ tam şəkildə həll olunmayıb. Bu sahədə yaşanan problem hələ də narahatlıq yaradır: “Nəzərə almaq lazımdır ki, bank sektorunda çətinlik davam etməkdədir. Bank aktivləri zərərsizləşir. Son nəticədə isə bankların kreditləşmədə rolu azalır. Belə olan halda, bank sektoru kredit verməkdə çətinlik çəkir. Təəssüf ki, bu hal bankların bağlanmasına səbəb olur və olacaq. Problemli kredit məsələsi hələ ki, aktual olaraq qalır”.

Günel CƏLİLOVA

Son xəbərlər