19/11/2018 18:24
728 x 90

2019-cu ilin büdcəsi pensiya və maaşların artımına böyük imkanlar açacaq…

“Növbəti ildə əmək pensiyalarının məbləğində artım olacaq”

img

Pərviz Heydərov: “2019-cu ilin dövlət büdcəsində sosial istiqamətdə ayırmalar builkindən fərqli olacaq”

 

2019-cu ildən etibarən orta aylıq pensiya 241 manata, yaşa görə orta aylıq pensiya 272 manata çatacaq. Bunu Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, növbəti ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan vəsaitin 97 faizi əhalinin pensiya, sosial müavinətlərinin təmin olunmasına yönəldiləcək: “Növbəti ildən etibarən müavinətlər artacaq”. Nazir qeyd edib ki, pensiya məbləğinin qalxması həyata keçirilən siyasətin əsas məqsədidir.

Pensiya məbləğinin artırılması barədə danışan iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 2019-cu ilin dövlət büdcəsində sosial istiqamətdə ayırmalar builkindən fərqli olacaq: “Nəzərə almaq lazımdır ki, hər il pensiya məbləği əvvəlki ilin inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilirdi. Bəllidir ki, 2018-ci ildə bu mexanizm dəyişdirildi. Əvvəlki ilin inflyasiya səviyyəsi deyil, orta aylıq əməkhaqqının artım səviyyəsi əsas götürülərək pensiya məbləği indeksləşdirildi”.

Həmsöhbətimizin sözlərinə görə, növbəti ildə əmək pensiyası məbləğlərinin hansı formada indeksləşəcəyi haqqında aidiyyəti qurumlar tərəfindən hələ tam məlumat verilməyib. Ancaq orta aylıq pensiya məbləğinin artacağı bəllidir: “Bu da onu deməyə əsas verir ki, növbəti ilin əvvəlində əmək pensiyalarında artım həyata keçiriləcək. Ancaq bunun 2019-cu ildə hansı mexanizm əsasında icra olunacağı büdcə müzakirələri zamanı açıqlanacaq”.

Ekspert hesab edir ki, növbəti ildə əmək pensiyalarının məbləğində artım olacaq. Orta aylıq əmək pensiyalarının qalxması gözləniləndir.

Günel CƏLİLOVA

Son xəbərlər