21/10/2018 08:30
728 x 90

Beynəlxalq Valyuta Fondundan Azərbaycanda iqtisadi artımla bağlı daha bir proqnoz…

“Azərbaycanda dayanıqlı dinamik iqtisadi inkişaf daha da böyüyür”

img

Aydın Hüseynov:Müəyyən beynəlxalq institutlar Azərbaycanın iqtisadi inkişafına yüksək qiymət verirlər

 

Beynəlxalq Valyuta Fondu Azərbaycanla bağlı proqnozunu açıqlayıb. Belə ki, BVF 2018-ci ildə Azərbaycanda ümumdaxili məhsulun 1,3 faiz artımını proqnozlaşdırır. Bu  barədə “World Economic Outlook” hesabatında deyilir. Qeyd olunur ki, 2019 və 2023-cü illər üçün artım proqnozu müvafiq olaraq 3,6 və 2 faiz təşkil edir. MDB regionu üçün proqnozlar isə 2018-ci il üçün 2,3 faiz, 2019-cu il üçün 2,4 faiz təşkil edib.

BVF 2018-2019-cu illərdə dünya iqtisadiyyatının artımını 3,7 faiz həcmində proqnozlaşdırır.

Beynəlxalq Valyuta Fondu yaxın illər üçün Azərbaycanda inflyasiya üzrə proqnozunu yaxşılaşdırıb.

Millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda dayanıqlı dinamik iqtisadi inkişaf daha da böyüyür. Ölkə iqtisadiyyatı bütün sahələr üzrə inkişaf dövrünü yaşayır: “Kənd təsərrüfatı, sənaye, turizm, ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrində inkişaf qeydə alınır. O da bəllidir ki, ölkəmiz beynəlxalq layihələrə imza atıb. Bakı-Tiflis-Qars dəmir yolunun çəkilməsi, TANAP və TAP layihəsi iqtisadiyyatımıza yeni nəfəs gətirib. Həmçinin, ölkəmizə valyuta gətirəcək yeni mənbələr mövcuddur. Artıq ölkənin ixrac qabiliyyəti daha da artıb. Həm kənd təsərrüfatı, həm də sənaye məhsullarında ixrac potensialı artıb.

Məlumdur ki. inflyasiyanı yaradan əsas səbəblərdən biri tələb və təklif arasındakı fərqin kəskin artmasıdır.  Ölkədə aparılan düşünülmüş iqtisadi siyasət, eyni zamanda, qarşıdakı bütün risqlərin nəzərə alınması, gələcəkdə böyük investisiya axınının olması onu deməyə əsas verir ki, doğrudan da beynəlxalq qurumların qeyd etdiyi kimi, inflyasiyanın həddi birrəqəmli olacaq. Bu isə məqbuldur. Müəyyən beynəlxalq institutlar Azərbaycanın iqtisadi inkişafına yüksək qiymət verirlər. O cümlədən, Beynəlxalq Valyuta Fondu da ölkədə inflyasiya səviyyəsinin aşağı olacağını proqnoz edir. Bu, ölkədə gedən iqtisadi proseslərlə bağlıdır”.

Günel CƏLİLOVA 

Son xəbərlər