24/09/2018 04:28
728 x 90

BEA-nın Azərbaycanda qaz hasilatı ilə bağlı proqnozları… 20 il ərzində 55 milyard kubmetr…

img

Beynəlxalq Enerji Agentliyi (BEA) növbəti 20 il ərzində Azərbaycanda illik qaz hasilatının 55 milyard kubmetrə çatacağını proqnozlaşdırıb. Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan BEA-nın icraçı direktoru Fatih Birol deyib.

F.Birol bildirib: "Bizim proqznozlarımıza görə, növbəti 20 ildə Azərbaycan illik 18 milyard kubmetr olan qaz hasilatını 55 milyarda çatdıracaq".

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda əmtəə qazının istehsalı yanvar-iyul aylarında 10,5 milyard kubmetr təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz azdır.

Son xəbərlər