21/11/2018 06:41
728 x 90

Gömrükdən narkotik keçirməyə cəhd edən 26-sı qadın 169 nəfər saxlanılıb

img

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin 8 ayında 6155 qanun pozuntusu aşkar edib. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, qeyd olunan qanun pozuntularından 458-i cinayət tərkiblidir: "Qaçaq yolla gətirilən malların dəyəri 6,14 milyon manat təşkil edib".

DGK sədri qeyd edib ki, ötən müddətdə narkotrafiklə mübarizə çərçivəsində narkotik daşınması üzrə 150 cəhdin qarşısı alınıb: "Nəticədə 1000 tondan çox narkotik vasitə müsadirə olunub, 169 nəfər saxlanılıb. Onlardan 26-sı qadın, 37-si xarici vətəndaşdır".

Son xəbərlər