24/09/2018 08:33
728 x 90

Gələn aydan Azərbaycan vasitəsilə ilk Əfqanıstan yüklərinin Avropaya göndərilməsinə başlanacaq

img

Əfqanıstan cari ilin oktyabr ayında Azərbaycan vasitəsilə Avropaya ilk yükləri göndərməyi planlaşdırır. Bu barədə Trend Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinə istinadən məlumat verir.

Yüklər Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçib Avropaya gedən "Lapis Lazuli" beynəlxalq nəqliyyat dəhlizi ilə göndəriləcək.

Qeyd olunur ki, ilk yük tədarükü sınaq xarakteri daşıyacaq və 2 konteyner xalça və qiymətli daşlardan ibarət yük Akina və Turqundi terminallarından Türkiyəyə və Niderlanda göndəriləcək.

Nazirliyinin tranzit və ticarət obyektləri üzrə direktoru Yəhya Əxlaqi bildirib ki, pilot yük nəqli "Lapis Lazuli" nəqliyyat dəhlizində iştirak edən ölkələrə problemləri aşkar etmək və onların həlli üçün lazımi addımlar atmaq imkanı verəcək.

Onun sözlərinə görə, Əfqanıstan malları Türkiyəyə və Niderlanda dəmir yolu və yük avtomobilləri vasitəsilə göndəriləcək. Yüklər Qara dəniz limanlarına 6 gündən sonra çatacaq.

Beynəlxalq ticarət palatasının direktoru Əbdül Qədir Bəhmən isə deyib ki, "Lapis Lazuli" marşrutu malları tez və ucuz ixrac, eləcə də idxal etməyə kömək edəcək.

ediləcəyini açıqlamışdı.

Son xəbərlər