16/11/2018 22:52
728 x 90

Birgə Rusiya-Azərbaycan istehsallı yeni avtomobillər…

“Məlum saziş sayəsində ölkəmiz yük avtomobillərinin istehsalına sahib olacaq”

img

Fikrət Yusifov: “… daxili bazarın tələbatının ödənilməsi baxımından çox əhəmiyyətlidir”

 

Məlumdur ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri olub. Səfər zamanı Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən ölkələrarası münasibətlərin daha da inkişaf etməsi üçün bir sıra sənədlər imzalanıb.

Məlumat üçün bildirək ki, danışıqların yekunlarına görə 16 sənəd imzalanıb.  İmzalanan sənədlər arasında "QAZ Avtomobil zavodu" və "Azərmaş" ASC arasında Azərbaycanda QAZ ticari avtomobillərinin yığım istehsalının inkişafı sahəsində əməkdaşlıq haqqında saziş də var.

“QAZ Avtomobil zavodu” ilə “Azərmaş”ASC arasında imzalanan saziş ölkədə avtomobil istehsalında necə rol oynayacaq?

İqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan artıq avtomobil istehsalı sahəsində müəyyən addımlar atıb: “Son illər ərzində bu sahədə bir sıra işlər görülür və görülmək üzrədir. Minik avtomobillərinin istehsalı sahəsində artıq inkişaf yaşanır. Məlumdur ki, bir sıra bölgələrdə avtomobil istehsalı ilə məşğul olan müəssisələr və zavodlar fəaliyyət göstərir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Prezident İlham Əliyevin Rusiya səfəri zamanı bağlanan müqavilələrdən biri “QAZ Avtomobil zavodu” ilə “Azərmaş”ASC arasında imzalanan sənəddir: “Bu sənədin imzalanmasında məqsəd “QAZ Avtomobil zavodu” məhsullarının Azərbaycanda istehsalının təşkilidir ki, bu, daxili bazarın tələbatının ödənilməsi baxımından çox əhəmiyyətlidir”.

İqtisadçının sözlərinə görə, məlum saziş sayəsində ölkəmiz yük avtomobillərinin istehsalına sahib olacaq: “Həmçinin, bu müqavilə bazara da öz təsirini göstərəcək. Daha çox maşın istehsal olunarsa, həm daxili bazar təmin olunar, həm də xarici bazar. Həmçinin, xaricdən gətirilən avtomobillərdə ödənilən vergi aşağı olacaq. Bütün hallarda, belə bir istehsalın Azərbaycanda gerçəkləşməsi ölkəmiz üçün sərfəlidir.

Günel CƏLİLOVA

Son xəbərlər