22/10/2018 21:15
728 x 90

Manat üçün inflyasiya risqini minimuma endirən ciddi əsaslar var, qonşu ölkələr dərin inflyasiyaya düşsə də...

“Rublun kəskin ucuzlaşması davam edəcəyi halda...”

img

Vüqar Bayramov: “Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir”

 

ABŞ Prezidenti Donald Tramp ölkəsinin maraqlarını təmin etmək, əsas həlledici güc olduğunu sübuta yetirmək, rəqiblərini ram etmək və onları tələblərinə boyun əydirmək məqsədilə dollardan bir təsir vasitəsi kimi istifadə edir. Son vaxtlar bir sıra ölkələrin milli valyutaları dollar qarşısında dəyər itirməkdədir.

Müşahidələr göstərir ki, Azərbaycanla qonşu olan Rusiya, Türkiyə və İranda da bənzər proseslər gedir. Məsələ ondadır ki, hazırda adıçəkilən ölkələrin milli valyutaları ABŞ dollarına nisbətdə kəskin dəyər itirməkdədir. Türkiyə, Rusiya və İranın Azərbaycanla qonşu olduğunu, eyni zamanda onların əsas ticarət tərəfdaşlarımız olduğunu nəzərə alsaq, o zaman bunun ölkə iqtisadiyyatına nə dərəcədə təsir edəcəyi maraq doğurur. Düzdür, Azərbaycan Mərkəzi Bankının manatın xarici valyutalara qarşı rəsmi məzənnəsinə əsasən demək olar ki, manat rubl və lirə ilə müqayisədə bahalaşıb. Azərbaycan 2014-cü ilin ortalarında neft dünya bazarında kəskin ucuzlaşandan sonra daha ehtiyatlı mövqe sərgiləməkdədir. Digər tərəfdən, 2016-cı ildən başlayaraq ölkə iqtisadiyyatında və digər sahələrdə sistemli islahatlar həyata keçirilir. Qeyri-neft sektorunun ölkə iqtisadiyyatında çəkisi get-gedə artmağa doğru gedir.

Bütün bunlarla yanaşı, Azərbaycanla qonşu olan ölkələrdə milli valyutaların ABŞ dollarına nisbətdə kəskin dəyər itirməsi ölkə iqtisadiyyatına necə təsir göstərə bilər?

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov buna bir neçə prizmadan yanaşdı: “Türkiyə lirəsinin rekord düşüşü davam edir. Bu gün 1 dollar almaq üçün 5.27 lirə ödəmək lazımdır. Digər qonşumuz olan Rusiyada da bənzər proseslər gedir. Cənub qonşumuzda isə “dollar panikası” yaşanmaqdadır. Avronun ucuzlaşması isə 18 Avrozona ölkəsinin bu ilin birinci yarısı ilə əlaqədar makroiqtisadi göstəriciləri elan etməsi ilə bağlıdır. Nəticələrin gözləntiləri doğrultmaması kontekstində dolların dünya bazarında digər valyutalara nisbətən möhkəmlənməsi də avronun kursuna təzyiq yaradır. Rusiya rublu dollar təzyiqinə tab gətirmədi. Bir ay öncə 1 dollar almaq üçün 61 rubl ödəmək lazım idisə, hazırda hər dollar 66 rubl tələb edir. Bu isə o deməkdir ki, rubl sadəcə ötən bir ay ərzində 8 faiz dəyər itirib. Əvvəllər də qeyd etdiyim kimi, milli valyutamızın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərisində Rusiya rublu manatın kursuna birbaşa təsir göstərir. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faiz yerə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. İqtisadiyyatımızda aparıcı olan neft sektoru məşğulluğun 7 faizini formalaşdırdığından, bizim üçün 1.5 milyard dollarlıq illik qeyri-neft ixracatı məşğulluğun, xüsusən də regionlarda iş yerlərinin saxlanması baxımından çox vacibdir. Rublun kəskin ucuzlaşması davam edəcəyi halda Azərbaycan məhsulları Rusiya bazarında bahalaşacaq və bu da bizim qeyri-neft ixracatımıza təsir göstərəcək. Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu iyul ayında 536,6 milyon dollar məbləğində satış etdiyini açıqlayıb. İyun ayında 439 milyon dollar satan fond ötən ay valyuta satışını 22% artırıb. Bütövlükdə, 2018-ci ilin 7 ayı ərzində isə Neft Fondu 3 milyard 511,1 milyon dollar satıb. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 940 min manat idi. Yəni bu ilin 7 ayında Neft Fondu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.8 dəfə çox dollar satıb. Bu isə 2018-ci ildə dollara tələbin artıdığından xəbər verir. İdxalın artması fonunda bu ayda dollara tələbin yüksək olacağı gözlənir. Bütövlükdə, manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olsa da, neftin qiyməti və ticarət tərəfdaşlarımız içərisində Rusiya rublu milli valyutamızın kursuna birbaşa təsir göstərir. Bu baxımdan, manatın məzənnəsində neftin qiyməti həlledici olsa da, qeyri-neft ixracatı baxımından yeganə faktor deyil. Ona görə də Rusiyadakı iqtisadi vəziyyətin necə dəyişməsi bizim valyuta bazarımız üçün az təsirli deyil. Türkiyə isə qeyri-neft ixracatımzın 26, ümumu ticarət dövriyyəmizin isə 13 faizini formalaşdırır. Amma rubl ilə müqayisədə Azərbaycan Mərkəzi Bankının lirənin manata təsirlərini marjinallaşdırmaq imkanları daha genişdir. Yox, lirə daha kəskin ucuzlaşarsa, o zaman Mərkəzi Bank fərqli ssenarilər həyata keçirməlidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər