19/07/2018 04:18
728 x 90

Qeyri-neft sektorunda investisiya siyasətinin doğruluğu rəsmi dövlət qiyməti aldı…

“Qeyri-neft sektoruna həm daxili, həm də xarici investorlar sərmayə qoymağa maraq göstərirlər”

img

Fikrət Yusifov: “Qeyri-neft sektorunda inkişafın yaşanması səbəblərindən biri bu sahəyə yatırılan investisiyaların özünü doğrultmasıdır”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra məsələlərə toxunulub, o cümlədən ölkə iqtisadiyyatına yatırılan investisiyalar haqqında fikirlər səsləndirilib. Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı son illər inkişaf edir. Bu məqsədlə ölkə iqtisadiyyatına həm yerli, həm də xarici investorlar tərəfindən investisiya yatırılır.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, qeyri-neft sənayemiz 8,8 faiz artıb: “Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir”.

Maraqlıdır, qeyri-neft sektoruna qoyulan investisiyaların özünü tam doğrultması nəyin nəticəsidir?

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi mütəmadi olaraq artır: “İqtisadiyyatın digər sahələri ilə müqayisədə qeyri-neft sektorunda inkişaf daha çox qeydə alınır. Xüsusilə də qeyri-neft sənayesi ilə bağlı vəziyyət daha ürəkaçandır. Qeyd olunan sahədə inkişaf yaşanması yatırılan investisiyalar nəticəsində baş verib. Sevindirici haldır ki, bu sahəyə qoyulan investisiyalar özünü doğruldub”.

Həmsöhbətimizin sözlərinə görə, qeyri-neft sənayesi istiqamətində görülən işlərdən biri sənaye zonalarının açılmasıdır: “Aqroparkların yaradılması istehsalın həcminə təsir göstərir. İstehsal olunan məhsulların həcminin artması həm daxili bazarı təmin edir, həm də ixracata təsir göstərir. Bu sahədə inkişaf yaşanır”.

İqtisadçı onu da qeyd etdi ki, qeyri-neft sektorunda inkişafın yaşanmasının əsas səbəblərindən biri bu sektora yatırılan investisiyaların artmasıdır: “Qeyri-neft sektoruna həm daxili, həm də xarici investorlar sərmayə qoymağa maraq göstərir. Ümumiyyətlə, son iki il ərzində Azərbaycanda investisiya sahəsində rahatlıq hiss olunur. Bu sahədə stimullaşdırıcı tədbirlərin görülməsi investisiyalar cəlb olunmasını tezləşdirir.

Cari ilin altı ayının nəticələrinə əsasən, qeyri-neft sektoruna qoyulan investisiyalar ötən dövrlərlə müqayisədə artıb”.

Günelı CƏLİLOVA

Son xəbərlər