16/10/2018 19:09
728 x 90

Üç ayda milli qeyri-neft istehsalımız nə az, nə çox - 11 faiz artdı...

Könül Nuriyeva: “Qeyri-neft sektoru üzrə əsasən mədən, emaledici sənayedə artım qeydə alınır”

img

“Qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər artıq öz nəticəsini göstərir”

Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda bu ilin 4 ayında qeyri-neft sektorunda istehsal 11 faiz artıb. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-aprel aylarında 15,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artıb, neft sektorunda isə 0,6 faiz azalıb.

Cari ilin dörd ayı ərzində qeyri-neft sektorunda istehsalın 11 faizə yaxın artmasına münasibət bildirən iqtisadçı-ekspert Könül Nuriyeva “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu inkişaf gözlənilən idi: “Xatırladım ki, qeyri-neft sektorunda inkişafın qeydə alınacağı ilə bağlı proqnozlar səsləndirilib. Strateji Yol Xəritəsində də qeyri-neft sektorunun inkişafı xüsusi olaraq vurğulanıb. Həmçinin, bu sahənin inkişafına büdcədən vəsait ayrılıb. Eyni zamanda, layihələr də həyata keçirilib. Qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər artıq öz nəticəsini göstərir”.

Həmsöhbətimizin sözlərinə görə, hazırda əsas artım qeyri-neft sektorunun payına düşür, neft sektrunda isə azalma müşahidə olunur.

K.Nuriyeva onu da bildirdi ki, qeyri-neft sektoru üzrə əsasən mədən, emaledici sənayedə artım qeydə alınır: “Tütünçülük, mebel, geyim, dəri məmulatlarının və digər növlərin istehsal artımı qeydə alınır. Bu sektorun inkişafı gəlirin artmasına da səbəb olur. Bu ilin dörd ayı ərzində 15,0 milyardlıq artım əsasən qeyd etdiyim sahələrin üzərinə düşür”.

İqtisadçının dediyinə görə, ölkə iqtisadiyyatının inkişafında ciddi irəliləyişlərə nail olunub: “Artıq iqtisadiyyatın bütün sahələri üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpan irəliləyişlər var”.

Günel CƏLİLOVA

Son xəbərlər