24/09/2018 18:07
728 x 90

Bank müştərilərinin depozit hesablarında azalma nəzərəçarpan həddə çatır...

“Bank sistemində olan böhran bankların xidmət şəbəkəsinin azalmasına təsir göstərdi”

img

Əkrəm Həsənov: “Əhalinin bank sisteminə etimadının azalması faktı bank müştərilərinin depozit hesablarının azalmasına təsir göstərir”

 

Azərbaycanda bank müştərilərinin depozit hesabları azalıb. Azərbaycan Mərkəzi Bankının  (AMB) yaydığı məlumatda qeyd olunur ki, ay ərzində depozit hesablarında da azalma olub. Belə ki, müştərilərin depozit hesabları 7,7 min ədəd və yaxud 2,3% azalaraq 335,1 minə düşüb. Fevralın sonuna banklarda müştərilərin, ümumilikdə, 13,402 mln. hesabı olub ki, bunun da 13,634 mln. ədədini və yaxud 83%-ni cari hesablar təşkil edib.

Bank müştərilərinin depozit hesablarının nə səbəbdən azalmasının səbəblərini öyrənmək məqsədilə bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənova müraciət etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bank hesabında əsasən şirkət və fərdi şəxslərin pulları saxlanır. Ancaq son zamanlar bu sahədə vəziyyət dəyişib. Bank müştərilərinin depoziti azalmaqda davam edir. Bank depozitlərinin azalmasının əsas səbəblərindən biri bir neçə bankın bağlanmasıdır. Fəaliyyətdə olan bankların bir neçəsinin filialları da bağlanıb: “Ümumiyyətlə, bank sistemində olan böhran bankların xidmət şəbəkəsinin azalmasına təsir göstərdi. Bank sektorunda yaşanan əsas problem ölkədəki iqtisadi aktivliyin azalmasıdır. Şirkətlərin sayının azalması bu sahəyə öz təsirini göstərdi. Təbii ki, fəaliyyətini dayandıran şirkətlərin bank hesabları da bağlanır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, əhalinin bank sisteminə etimadının azalması faktı statistikaya öz təsirini göstərir: “Banklara depozit yatıran fərdi şəxslərin sayında azalma qeydə alınır. Bunun da səbəbi bank sektoruna inamın olmamasıdır. Hətta elə insanlar var ki, bank sisteminə etimad etmədiyi üçün, həm banka vəsait yatırmır, həm də bank hesablarını da bağlayır”.

Günel CƏLİLOVA

Son xəbərlər