23/09/2018 20:55
728 x 90

Azərbaycan, İran və Rusiya birgə enerji dəhlizi yaradır

img

Azərbaycan, İran və Rusiya birgə enerji dəhlizinin yaradılması məsələsini müzakirə edir. Trend-in məlumatına görə, bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bununla bağlı üç ölkənin nümayəndələri danışıqlar aparır: “Bizim İranla energetika sahəsində uğurlu əməkdaşlığımız var. İkitərəfli əməkdaşlıq formatından üçtərəfli formata keçirik”.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycan və İran Xəzər dənizində neft və qaz hasilatı sahəsində də əməkdaşlıq etmək niyyətindədir.

Son xəbərlər