20/09/2018 05:33
728 x 90

İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək

img

İran Azərbaycanda özəl xəstəxanalardan birinin idarəetməsini həyata keçirəcək. Trend-in məlumatına görə, bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycan İranla səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirir: “Əminəm ki, bu layihə yaxın zamanlarda başa çatacaq”.

Ş.Mustafayev həmçinin əlavə edib ki, ölkələr digər sahələrdə də fəal əməkdaşlıq edir: “Bizim kənd təsərrüfatı sahəsində yaxşı əlaqələrimiz var. Bundan başqa biz ölkəmizdə avtobus və kənd təsərrüfatı texnikasının istehsalının təşkil olunması üçün İran tərəfinə şərait yaratmaq istəyirik”.

Son xəbərlər