20/09/2018 05:33
728 x 90

Bank sektorunda risklərin diaqnostikası aparılacaq

img

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Bankların daha sağlam risk idarəetməsinin təmin edilməsi” sərlövhəli 4.1 nömrəli strateji prioritetinin icrası istiqamətində Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən bank sektorunda risklərin idarə edilməsinin diaqnostikasının aparılması tədbiri nəzərdə tutulub.

Bu barədə "APA-Economics"ə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.

"2017-ci ilin sonlarında banklarla fərdi görüşlər keçirilib. Bununla yanaşı, Palata tərəfindən rüblük əsasda stress testlər aparılır. Cari ildə də stress testlərin qiymətləndirilməsi istiqamətində işlər davam etdiriləcək", - deyə məlumatda vurğulanıb.

MBNP-dən bildirilib ki, bankların sağlamlaşdırılması 2018-ci ildə də Palatanın prioritet hədəflərindən biridir: "Eyni zamanda, Palata tərəfindən müntəzəm əsasda bank səhmdarları ilə kapitallaşma ilə bağlı görüşlər keçirilir".

Son xəbərlər