10/12/2018 00:24
728 x 90

Səfir Azərbaycan və Çinin yeni əməkdaşlıq mərhələsinin astanasında olduğunu dedi

img

Azərbaycan və Çinarasında İpək Yolu marşrutu, həmçinin "Bir zolaq – bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq Çindən Avropaya yük axınının artırılmasının mühüm faktorudur. Trend-in məlumatına görə, bunu Çinin Azərbaycandakı səfiri Vey Cinhua Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransında deyib.

Səfir bildirib ki, Azərbaycan Çinlə Avropa ölkələrini birləşdirməklə və təkcə Qərblə Şərq arasında körpü olmaqla deyil, həm də bu beynəlxalq əhəmiyyətli layihələrdə bilavasitə iştirak etməklə beynəlxalq marşrutların inkişafında mühüm rol oynayır: "Çin Azərbaycana və İpək Yolunun bütün iştirakçı ölkələrinə əməkdaşlığa görə minnətdarlığını bildirir".

Diplomat qeyd edib ki, adıçəkilən layihələr Çinin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri ilə iqtisadi əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirəcək: "Çinin dəstəklədiyi marşrutlar ən azı 80 ölkəyə iqtisadi səmərə verəcək".

Son xəbərlər