
"Azərbaycanda vergilərin fərdi bəyan olunması sisteminə keçmək lazımdır". Trend-in məlumatına görə, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda ABŞ-ın Azərbaycandakı ticarət palatasının (AmCham) prezidenti Nuran Kərimov deyib.
O qeyd edib ki, bu addım ölkə iqtisadiyyatının nizamlanmasına kömək edəcək.