21/10/2018 08:28
728 x 90

116 min ailənin hər birinə ayda 150 manat əlavə pul …

“116 min ailəyə sosial yardım göstərilməsi 400 mindən çox insanın qayğılarına köməklik göstərilməsi anlamına gəlir”

img

Aydın Hüseynov: “Sosial dəstəyə ehtiyacı olan insanlara köməklik göstərilməsi siyasəti hər il yüksək səviyyədə davam edir

 

Məlum olduğu kimi, bir neçə gün öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı bir sıra məsələlərlə bağlı fikirlərini bildirib.

O qeyd edib ki, 2017-ci ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı iki dəfə azalaraq 80 min, il ərzində orta aylıq sayı 116 min olub, müraciətlərin sayı isə ilin əvvəlinə nisbətən dörd dəfə azalıb. İl ərzində bu məqsədlərə büdcədən 215 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, ölkəmizdə 116 min ailə, 400 mindən artıq insan ünvanlı sosial yardım alır, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Söz yox ki, bu, həyata keçirilən uğurlu sosial siyasətin aşkar təzahürüdür.

Hazırkı şəraitdə ailələrin normal yaşayışı üçün 150 manat dəyərində sosial yardımın verilməsi o ailələrin yaşam tərzinə necə təsir edir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, dövlətin həyata keçirdiyi siyasətin başlıca istiqaməti sosial sahədir: “Bəllidir ki, Prezident İlham Əliyev sosial təbəqəyə daim həssaslıqla yanaşır. İlk növbədə qaçqın və məcburi köçkünlərlə bağlı çox böyük tədbirlər həyata keçirir. Onlarin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində mütəmadi işlər görülür. Bir neçə il əvvəl çadır şəhərciklərində yaşayan məcburi köçkünlər bu gün müasir evlərdə yaşayırlar”.

Millət vəkilinin sözlərinə görə, sosial kateqoriya deyiləndə ilk növbədə problemli dairəyə aid olanlar nəzərdə tutulur: “Məcburi köçkünlərdən əlavə, sosial qayğıya ehtiyacı olan ailələrə sosial yardım formasında dəstək göstərilib. 116 min ailəyə sosial yardım göstərilməsi 400 mindən çox insanın qayğılarına köməklik göstərilməsi anlamına gəlir”.

Həmsöhbətimiz onu da bildirdi ki, sosial dəstəyə ehtiyacı olan insanlara köməklik göstərilməsi siyasəti hər il yüksək səviyyədə davam edir: “Dövlətimiz sosial problemi olan insanlara diqqəti daha da artırır. Ölkə iqtisadiyyatı artdıqca, sosial sıxıntısı olan ailələrə göstərilən qayğının həcmi də artır”.

Millət vəkilinin fikrincə, sosial qayğıya ehtiyacı olan insanlara həm mənəvi, həm də  iqtisadi dəstək göstərilir.

Günel CƏLİLOVA

Son xəbərlər