22/10/2018 21:18
728 x 90

Gömrükçülər Aktaudan Bakıya gələn gəmidəki avtomobildə qaçaqmal aşkarladı - FOTO

img

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıb. 

DGK Mətbuat xidmətindən “Bakı-Xəbər”. verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinə Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan, Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99-LF-021/05-ZA-006 nömrə nişanlı “KamAZ” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında həmin nəqliyyat vasitəsinə Beynəlxalq Dəniz Ticarət Limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə - ümumi çəkisi 1 ton 408 kq olan (496 ədəd) nərə cinsli balıq və 1ədəd üzərində “Yamaha Enduro 15” yazısı olan kater mühərriki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər