24/10/2017 06:03
728 x 90

"Lukoyl" Rusiya neftinin Bakı-Tbilisi-Ceyhanla nəqli üçün danışıqlar aparır

img

Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəqlinin davam etdirilməsi üzrə danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu "Litasko" ("Lukoyl"un 100 faizlik törəmə müəssisəsi) şirkətinin ticarət üzrə direktoru Aleksey Dzyuba Bakıda keçirilən Beynəlxalq Neft Sammitində çıxışı zamanı deyib.

O qeyd edib: "Danışıqlar davam edir. Bu istiqamətdə SOCAR ilə işləyirik".

Son xəbərlər