21/08/2017 18:07
728 x 90

ABŞ iq­ti­sa­diy­ya­tın­da ya­ra­nan prob­lem­lər dol­la­rı kəs­kin ucuz­laş­dı­ra bi­lər...

img

Dün­ya miq­ya­sın­da ha­zır­da cid­di na­ra­hat­lıq­la qar­şı­la­nan ha­di­sə­lər­dən bi­ri də ye­ni qlo­bal iq­ti­sa­di böh­ra­nın baş­la­ya bi­lə­cə­yi­dir. Özü də bu­də­fə­ki böh­ra­nın mən­bə­yi qis­min­də də ye­nə ABŞ gös­tə­ri­lir. Ha­zır­da ABŞ-da baş ve­rən­lər bu öl­kə­nin iq­ti­sa­diy­ya­tın­da cid­di prob­lem­lə­rin ola bi­lə­cə­yi­ni is­tis­na et­mir.

Be­lə və­ziy­yət­də ABŞ dol­la­rı­nın kəs­kin şə­kil­də də­yər itir­mə­si də qa­çıl­maz sa­yı­lır. Dün­ya miq­ya­sın­da dol­la­rın kəs­kin ucuz­laş­ma­sı­nı proq­noz­laş­dı­ran eks­pert­lə­rin sa­yı­nın art­ma­sı fo­nun­da av­ro və di­gər val­yu­ta­la­ra ma­raq həd­dən ar­tıq yük­sə­lib. Bu ge­diş­lə Azər­bay­can­da da dol­la­rın kəs­kin şə­kil­də ucuz­laş­ma­sı göz­lə­nir. Hət­ta ABŞ-da göz­lə­ni­lən böh­ran baş ve­rər­sə, dol­la­rın bir ma­nat sə­viy­yə­si­nə ki­mi də­yər itir­mə­si  be­lə is­tis­na olun­mur.

Hə­lə­lik isə pro­ses­lər ABŞ iq­ti­sa­diy­ya­tın­da cid­di prob­lem­lə­rin ya­ran­maq­da ol­du­ğu­nu gös­tə­rir. "Blo­om­berg" agent­li­yi qeyd edi­lən səp­ki­də ya­zır ki, ABŞ-a gö­rə bu ilin so­nun­da dün­ya ye­ni qlo­bal iq­ti­sa­di böh­ran­la üz-üzə qa­la bi­lər. Agent­li­yin mü­tə­xəs­sis­lə­rin id­dia­sı­na gö­rə, iq­ti­sa­di böh­ra­nın baş­la­ma­sı üçün ar­tıq bü­tün əla­mət­lər gö­rün­mək­də­dir. Be­lə ki, ca­ri ilin iyun ayın­da ABŞ-da kre­dit kart­la­rı üz­rə borc­la­rın məb­lə­ği 1 tril­yon dol­la­rı ötüb. Bu rə­qəm 2008-ci ilin iq­ti­sa­di böh­ra­nın­dan əv­vəl­ki gös­tə­ri­ci­dən də bö­yük­dür. "Blo­om­berg" bil­di­rir ki, ABŞ-ın "Ci­tig­ro­up" və "JPMor­gan" ki­mi nə­həng bank­la­rı sü­rət­lə kre­dit kar­tı sa­hib­lə­ri­nin sa­yı­nı ar­tır­ma­ğa ça­lı­şır. Am­ma be­lə və­ziy­yət­də əha­li da­ha çox borc­lan­mış və­ziy­yə­tə dü­şür.

Mə­lu­mat­da qeyd olu­nur ki, ha­zır­da hər bir ame­ri­ka­lı ai­lə­nin bank­la­ra or­ta he­sab­la 100 min dol­lar bor­cu var. Bu kre­dit­lə­ri hər ay ar­tan fa­iz­lə­ri ilə bir­lik­də ödə­mək isə çox­la­rı üçün qey­ri-müm­kün­dür. Sö­zü­ge­dən borc­lar ABŞ iq­ti­sa­diy­ya­tı­na güc­lü təz­yiq gös­tə­rir. Ev əş­ya­la­rı­nın sa­tış həc­mi 10% aza­lıb. Son 10 il­də ilk də­fə ma­ğa­za­lar­da or­ta çek məb­lə­ği aşa­ğı dü­şüb. İpo­te­ka və av­to­mo­bil kre­dit­lə­ri ba­za­rın­da tə­nəz­zül ya­şa­nır.

ABŞ-ın Fe­de­ral Eh­ti­yat Sis­te­mi­nin (FES) keç­miş rəh­bər­lə­rin­dən olan, bu və­zi­fə­də 19 il ça­lış­mış Alan Qrins­pan da və­ziy­yə­tin yax­şı ol­ma­dı­ğı­nı bil­di­rir. O de­yir ki, ABŞ da da­xil ol­maq­la, qlo­bal is­tiq­raz ba­za­rın­da "kö­pük" ya­ra­nıb və bu­nun nə­ti­cə­si hər kəs üçün pis ola­caq: "Hər ba­xım­dan uzun­müd­dət­li fa­iz­lər çox aşa­ğı­dır və bu və­ziy­yət çox da­vam edə bil­məz. Fa­iz­lər yük­səl­dik­də isə çox kəs­kin ad­dım­lar atı­la­caq. Biz ha­zır­da bir "kö­pü­yün" içə­ri­sin­də­yik", - o qeyd edib.

Qrins­pan mər­kə­zi bank­la­rın mo­ne­tar eks­pan­si­ya pro­se­si­ni ta­mam­la­ma­sı ilə bir­lik­də fa­iz­lə­rin sü­rət­lə yük­sə­lə­cə­yi­ni bil­di­rib. Al­ma­ni­ya­nın ma­liy­yə nə­hən­gi "De­uts­che Bank"ın əsas stra­te­gi­ya təh­li­li üz­rə baş iq­ti­sad­çı­sı Bin­ki Ça­da isə bil­di­rib ki, ABŞ-da is­tiq­raz­la­rın gə­lir­li­li­yi müm­kün mak­si­mal həd­dən çox aşa­ğı­dır. "RBC Ca­pi­tal" baş iq­ti­sad­çı­sı Tom Por­sel­li­yə gö­rə, inf­lya­si­ya­nın ya­rat­dı­ğı təz­yiq­lər is­tiq­raz ba­zar­la­rı­nı hər an vu­ra bi­lər.

Bun­dan baş­qa, öl­kə­nin hər an de­folt ol­maq ris­qi də var. Xa­tır­la­daq ki, ha­zır­da ABŞ-ın borc­lan­ma­sı­nın yu­xa­rı li­mi­ti 19,808 tril­yon dol­la­ra bə­ra­bər­dir. Hə­lə­lik bu li­mi­ti aş­ma­ma­ğa FES-in eh­ti­yat­la­rı kö­mək edir. Am­ma qeyd et­mək la­zım­dır ki, mart ayın­da 405 mil­yard dol­lar olan eh­ti­yat­lar ha­zır­da 197 mil­yard dol­la­ra­dək ge­ri­lə­yib. Be­lə və­ziy­yət­də ABŞ-ın borc­la­rı­nın tez­lik­lə 20 tril­yon dol­la­rı keç­mə­si göz­lə­nir və bu da öl­kə­ni de­folt­la üz-üzə qo­ya bi­lər.  Üs­tə­lik, ABŞ-ın əsas ti­ca­rət tə­rəf­daş­la­rı, mə­sə­lən Çin­lə mü­na­si­bət­lə­ri ge­də­rək pis­lə­şir. Bu ara­da ABŞ Ti­ca­rət Na­zir­li­yi Çin­dən alü­mi­ni­um fol­qa­nın id­xal ta­rif­lə­ri­nin 16,5%-dən 81%-dək ar­tı­rıl­ma­sı ba­rə­də il­kin qə­ra­rı­nı açıq­la­yıb. Bu­na sə­bəb alü­mi­ni­um fol­qa ix­ra­cı­na Çin hö­ku­mə­ti tə­rə­fin­dən sub­si­di­ya­la­rın ay­rıl­ma­sı ami­li olub. ABŞ-ın ti­ca­rət na­zi­ri Uil­bur Ross bil­di­rib ki, ABŞ qar­şı­lıq­lı ti­ca­rət, azad­lıq və əda­lət prin­sip­lə­ri­nə ria­yət edir: "Bu qə­ra­rı im­za­la­ma­ğı­mı­za sə­bəb olan mə­lu­ma­tı nə­zər­dən ke­çir­mə­yə da­vam edə­cə­yik. Tramp ad­mi­nis­tra­si­ya­sı xa­ri­ci öl­kə­lə­rin zə­rər­ve­ri­ci ti­ca­rət təc­rü­bə­lə­ri­nin bi­zim əsas sə­na­ye sa­hə­lə­ri, iş­çi və mü­əs­si­sə­lə­ri­mi­zə qar­şı üs­tün­lük əl­də et­mə­si­nə izn ver­mə­yə­cək".

ABŞ Ti­ca­rət De­par­ta­men­ti­nin he­sa­ba­tı­na gö­rə, Çin­dən alü­mi­ni­um fol­qa id­xa­lı 2016-cı il­də 389 mil­yon dol­lar təş­kil edib. ABŞ Alü­mi­ni­um As­so­sia­si­ya­sı isə öz növ­bə­sin­də hö­ku­mə­tin bu qə­ra­rın­dan məm­nun ol­du­ğu­nu bil­di­rib. As­so­sia­si­ya­nın pre­zi­den­ti və ic­ra­çı di­rek­to­ru Hey­di Brok he­sab edir ki, ABŞ-ın alü­mi­ni­um is­teh­sal­çı­la­rı dün­ya­da ən rə­qa­bə­tə da­vam­lı mü­əs­si­sə­lər ol­sa da, Çin hö­ku­mə­ti tə­rə­fin­dən sub­si­di­ya olu­nan məh­sul­la­ra qar­şı mü­ba­ri­zə apar­ma­la­rı müm­kün de­yil. Çi­nin ca­vab təd­bir­lə­ri isə ABŞ-ın iq­ti­sa­di prob­lem­lə­ri­ni da­ha da də­rin­ləş­di­rə bi­lər. Məhz bü­tün bun­lar fo­nun­da ABŞ iq­ti­sa­diy­ya­tı­na çök­mə hər an baş ve­rə bi­lər və be­lə və­ziy­yət dün­ya­da ye­ni iq­ti­sa­di böh­ra­na rə­vac ver­mək iq­ti­da­rın­da­dır. Bu du­rum­da ABŞ dol­la­rı­nın möv­qe­lə­ri­nin kəs­kin zə­if­lə­mə­si də qa­çıl­maz sa­yı­lır.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər