21/08/2017 18:09
728 x 90

Dün­ya­nı hə­də­lə­yən ye­ni böh­ran tə­za­hür­lə­ri...

"Bü­tün hal­lar­da, ye­ni bir qlo­bal böh­ra­nın 2020-ci il­dən tez baş­la­ma­ya­ca­ğı­nı de­mək müm­kün­dür"

img

Rə­şad Hə­sə­nov: "Ha­zır­da ABŞ-da Fe­de­ral Eh­ti­yat Sis­te­mi məhz bu is­ti­qa­mət­də mü­əy­yən ad­dım­la­rın atıl­ma­sı­nı plan­laş­dı­rır"

 

Bu ilin so­nun­da dün­ya ye­ni qlo­bal iq­ti­sa­di böh­ran­la üz-üzə qa­la bi­lər. Bu­nu "Blo­om­berg" agent­li­yi­nin eks­pert­lə­ri bil­di­rib. Mü­tə­xəs­sis­lə­rin id­dia­sı­na gö­rə, iq­ti­sa­di böh­ra­nın baş­la­ma­sı üçün ar­tıq bü­tün əla­mət­lər gö­rün­mək­də­dir. İyun ayın­da ABŞ-da kre­dit kart­la­rı üz­rə borc­la­rın məb­lə­ği 1 tril­yon dol­la­rı ötüb. Bu rə­qəm 2008-ci ilin iq­ti­sa­di böh­ra­nın­dan əv­vəl­ki gös­tə­ri­ci­dən də bö­yük­dür.

Mə­lu­mat­da qeyd olu­nur ki, ha­zır­da hər bir ame­ri­ka­lı ai­lə­nin bank­la­ra or­ta he­sab­la 100 min dol­lar bor­cu var. Bu kre­dit­lə­ri hər ay ar­tan fa­iz­lə­ri ilə bir­lik­də ödə­mək isə çox­la­rı üçün qey­ri-müm­kün­dür.

Sö­zü­ge­dən borc­lar ABŞ iq­ti­sa­diy­ya­tı­na güc­lü təz­yiq gös­tə­rir. Ev əş­ya­la­rı­nın sa­tış həc­mi 10 fa­iz aza­lıb. Son 10 il­də ilk də­fə ma­ğa­za­lar­da or­ta çek məb­lə­ği aşa­ğı dü­şüb. İpo­te­ka və av­to­mo­bil kre­dit­lə­ri ba­za­rın­da tə­nəz­zül ya­şa­nır.

Ma­raq­lı­dır ki, bir müd­dət əv­vəl dün­ya iq­ti­sa­diy­ya­tı­nın in­ki­şa­fı ilə bağ­lı nik­bin fi­kir­lər ya­yıl­mış­dı. Ötən gün­lər­də Fe­de­ral Eh­ti­yat Sis­te­mi və Av­ro­pa Mər­kə­zi Ban­kı­nın ya­xın za­man üçün mak­ro­iq­ti­sa­di si­ya­sə­ti­nə həsr olun­muş ic­las­la­rı, de­mək olar ki, üst-üs­tə dü­şüb. Hər iki qu­ru­mun qə­rar və bə­ya­nat­la­rı gös­tə­rir ki, ABŞ və Av­ro­zo­na iq­ti­sa­diy­yat­la­rın­da mən­fi ten­den­si­ya­lar həm mü­şa­hi­də olun­mur, həm də göz­lə­nil­mir. AMB qə­ra­ra alıb ki, əsas fa­iz də­rə­cə­lə­ri də­yiş­məz qal­sın, yə­ni ye­ni­dən ma­liy­yə­ləş­dir­mə fa­iz də­rə­cə­si 0 %, bor­cal­ma­lar üz­rə də­rə­cə 0,25 % və mər­kəz­ləş­di­ril­miş de­po­zit­lər üz­rə də­rə­cə mən­fi 0,4 % sə­viy­yə­sin­də sax­la­nır.

Bü­tün bu de­yi­lən­lə­rin fo­nun­da, ilin so­nu­na dün­ya­nın ye­ni qlo­bal iq­ti­sa­di böh­ran­la üz-üzə qal­ma eh­ti­ma­lı nə də­rə­cə­də re­al­dır?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən iq­ti­sad­çı-eks­pert Rə­şad Hə­sə­nov növ­bə­ti böh­ra­nın baş ve­rə­cə­yi ilə bağ­lı səs­lə­nən fi­kir­lə­ri is­tis­na et­di: "Ya­xın za­man­lar­da qlo­bal iq­ti­sa­di böh­ra­nın baş ver­mə­si­ni de­mək doğ­ru ol­maz­dı. Ona gö­rə ki, həm ABŞ, həm də Av­ro­pa İt­ti­fa­qı iq­ti­sa­diy­yat­la­rın­da müs­bət di­na­mi­ka mü­şa­hi­də olu­nur. An­caq hər za­man iq­ti­sa­diy­yat üzə­rin­də risq­lər qal­maq­da­dır və xü­su­si­lə də kre­dit ba­lon­la­rı bu risq­lə­ri for­ma­laş­dı­ran əsas təh­lü­kə mən­bə­yi he­sab olu­nur. La­kin bu mə­sə­lə­də tək­cə ABŞ-ı gö­tür­mək düz­gün de­yil. Mə­sə­lə on­da­dır ki, Çi­nin da­şın­maz əm­lak ba­za­rın­da da cid­di şiş­mə­lər var. Ya­xın dövr­lər­də bu­nun həl­li ilə bağ­lı ad­dım­lar atıl­maz­sa, iki-üç il­dən son­ra bu, dün­ya iq­ti­sa­diy­ya­tı­na öz mən­fi tə­si­ri­ni gös­tə­rə­cək. Ha­zır­da ABŞ-da FES məhz bu is­ti­qa­mət­də mü­əy­yən ad­dım­la­rın atıl­ma­sı­nı plan­laş­dı­rır. Be­lə ki, FES bö­yük eh­ti­mal­la ilin so­nun­dan eti­ba­rən ak­tiv­lə­rin azal­dıl­ma­sı­na baş­la­ya­caq. Ey­ni za­man­da, bən­zər si­ya­sət Av­ro­pa Mər­kə­zi Ban­kı tə­rə­fin­dən də hə­ya­ta ke­çi­ri­lə­cək. İq­ti­sa­diy­ya­tın lik­vi­dit­li­yi­ni ar­tır­maq məq­sə­di­lə AMB tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən dəs­tək me­xa­nizm­lə­ri­nin mü­əy­yən qə­dər məh­dud­laş­dı­rıl­ma­sı qə­ra­rı qə­bul edi­lə­cək. Bu­nun­la ya­na­şı, kre­dit ba­za­rın­da döv­riy­yə­nin həc­mi­ni azalt­maq məq­sə­di­lə uçot də­rə­cə­lə­ri­nin ar­tı­rıl­ma­sı si­ya­sə­ti baş­la­yıb. ABŞ tə­rə­fin­dən 2015-ci ilin so­nun­dan ar­tıq bu si­ya­sət hə­ya­ta ke­çi­ri­lir. Ola bil­sin ki, de­kabr ayın­dan uçot də­rə­cə­si ye­ni­dən ar­tı­rıl­sın. Di­gər tə­rəf­dən də AMB də uçot də­rə­cə­si­ni ar­tı­ra­ca­ğı ilə bağ­lı me­saj­lar ve­rir. Ha­zır­da bu is­ti­qa­mət­də da­ha li­be­ral möv­qe Ya­po­ni­ya Mər­kə­zi Ban­kı tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir. Çin isə ix­ra­ca yö­nə­lik si­ya­sət apar­dı­ğı üçün yua­nın mə­zən­nə­si­ni zə­if­lə­dir. Ümu­mi mən­zə­rə­yə bax­saq, növ­bə­ti böh­ran risq­lə­ri göz­lə­nil­mir. An­caq Tramp ha­ki­miy­yə­ti­nin nis­bə­tən qey­ri-mü­əy­yən si­ya­sət hə­ya­ta ke­çir­mə­si həm qlo­bal iq­ti­sa­diy­yat üçün, həm də ABŞ iq­ti­sa­diy­ya­tı üçün mü­əy­yən təh­lü­kə mən­bə­yi he­sab olu­na bi­lər. An­caq, bü­tün hal­lar­da, ye­ni bir qlo­bal böh­ra­nın 2020-ci il­dən tez baş­la­ma­ya­ca­ğı­nı de­mək müm­kün­dür. Çün­ki hə­min dövr üçün bu ara­da hə­ya­ta ke­çi­ri­lən mü­əy­yən ön­lə­yi­ci təd­bir­lər bu böh­ra­nı bir ne­çə il ge­cik­di­rə bi­lər".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər