17/10/2017 15:27
728 x 90

Azər­bay­can­da ba­ra­ma­çı­lıq üçün azı 10 ra­yon, ço­xu isə...

"Di­gər re­gi­on­lar­da da ba­ra­ma­çı­lı­ğı in­ki­şaf et­dir­mək la­zım­dır"

img

Va­hid Mə­hər­rə­mov: "Ba­ra­ma­çı­lı­ğı gə­lir­li sa­hə­yə çe­vir­mək la­zım­dır ki, fer­mer bun­dan yax­şı gə­lir əl­də et­sin və bu, öl­kə­yə val­yu­ta gə­tir­sin"

 

Mə­lum ol­du­ğu ki­mi, ötən həf­tə Pre­zi­dent İl­ham Əli­ye­vin sədr­li­yi ilə Qax­da res­pub­li­ka mü­şa­vi­rə­si ke­çi­ri­lib. Mü­şa­vi­rə­də stra­te­ji kənd tə­sər­rü­fa­tı sa­hə­si­nin in­ki­şa­fı ba­rə­də da­nı­şı­lıb.

Qax­da ba­ra­ma is­teh­sa­lı­nın in­ki­şa­fı ba­rə­də da­nı­şan Pre­zi­dent İl­ham Əli­yev qeyd edib ki, Azər­bay­can­da 30 ra­yon­da ba­ra­ma is­teh­sal olu­nur: "Mən bi­rin­ci 10 ra­yo­nun adı­nı çək­mək is­tə­yi­rəm, ic­ti­ma­iy­yət də bil­sin ki, ha­ra­da nə qə­dər ba­ra­ma tə­da­rük edi­lir. Bi­rin­ci yer­də Zər­dab ra­yo­nu­dur - 27 ton. On­dan son­ra Fü­zu­li 24, Za­qa­ta­la 21, Şə­ki 18, Ağ­ca­bə­di təx­mi­nən 17, Ağ­dam 13, Bər­də 12,5, Qax 12,5, Kür­də­mir 11,5, Ba­la­kən 11 ton. Yə­ni bu­ra­da da ar­tım, əl­bət­tə ki, çox sü­rət­li­dir və po­ten­si­al da­ha da bö­yük­dür. Çün­ki 30 ra­yon­da ba­ra­ma­nı ye­tiş­dir­mək müm­kün­dür. Döv­lət hər şe­yi öz üzə­ri­nə gö­tü­rüb. Küm­çü­lə­rə ma­te­ri­al­lar, sub­si­di­ya­lar ve­ri­lir, "Şə­ki İpək" bü­tün ba­ra­ma­nı qə­bul edir. Ona gö­rə də əmi­nəm ki, ba­ra­ma­çı­lı­ğın in­ki­şa­fın­da çox cid­di ar­tım ola­caq. Ha­zır­da 3 min küm­çü ai­lə­si ba­ra­ma­çı­lıq­la məş­ğul­dur".

Ba­ra­ma­çı­lı­ğın di­gər böl­gə­lər­də də in­ki­şa­fı ba­rə­də aq­rar sa­hə üz­rə eks­pert Va­hid Mə­hər­rə­mov­la söh­bət et­dik. O, "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, ön­cə ba­ra­ma­çı­lı­ğı gə­lir­li sa­hə­yə çe­vir­mək la­zım­dır: "Öl­kə­də ba­ra­ma­çı­lıq, pam­bıq­çı­lıq və tü­tün­çü­lü­yü elə in­ki­şaf et­dir­mək la­zım­dır ki, bu, hö­ku­mə­tin de­yil, biz­ne­sin işi ol­sun. O sa­hə­lər­də biz­nes ma­ra­ğı olan fer­mer­lər ol­sun. Nə vax­ta qə­dər bu sa­hə­lə­rin in­ki­şa­fı ilə bağ­lı döv­lət tə­rə­fin­dən ma­liy­yə ay­rı­la­caq? Bu iş biz­nes ma­ra­ğı­na çev­ri­lər­sə, fer­mer ça­lı­şa­caq ki, ora­dan yax­şı gə­lir əl­də et­sin və bu, öl­kə­yə val­yu­ta gə­ti­rə­cək".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, kənd­li­lər cə­mi 30-40 gün bu iş­lə məş­ğul olur: "An­caq adı­çə­ki­lən sa­hə ilə il ər­zin­də məş­ğul olu­nur. Çə­kil bağ­la­rın­da su­var­ma iş­lə­ri apa­rı­lır, ağac­la­rın for­ma­laş­ma­sı və qul­luq olun­ma­sı uzun müd­dət tə­ləb edir".

V.Mə­hər­rə­mov bil­dir­di ki, di­gər re­gi­on­lar­da da ba­ra­ma­çı­lı­ğı in­ki­şaf et­dir­mək la­zım­dır.

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər