21/08/2017 18:05
728 x 90

Ki­ra­yə mənzil ba­za­rın­da qiy­mət­lər art­ma­ğa baş­la­dı

img

Öl­kə­nin da­şın­maz əm­lak ba­za­rın­da son gün­lər­də ak­tiv­lik də­rə­cə­si­nin art­ma­sı mü­şa­hi­də olun­maq­da­dır. Bu­nun əsas sə­bəb­lə­rin­dən bi­ri ar­tıq in­di­dən ki­ra­yə ev­lə­rin ax­ta­rı­şı­na start ve­ril­mə­si­dir. Tə­lə­bə adı­nı qa­za­nan­la­rın sər­fə­li qiy­mət­lər­lə ev axa­ta­rı­şı­na baş­la­ma­sı ki­ra­yə ba­za­rın­da tə­lə­bin art­ma­sı­na rə­vac ver­mək­də­dir.

Eks­pert­lər he­sab edir ki, bu və­ziy­yət­də, hə­mi­şə ol­du­ğu ki­mi, ki­ra­yə ev­lə­rin qiy­mə­tin­də ye­ni ar­tım göz­lə­mək olar. Bu­nun ev­lə­rin sa­tış qiy­mə­ti­nə han­sı tə­sir gös­tə­rə­cə­yi­nə gə­lin­jə, qeyd olu­nan xü­sus­da fi­kir­lər fərq­li­dir. Mə­sə­lən, "MBA Gro­up" kon­sal­tinq şir­kə­ti­nin baş di­rek­to­ru, da­şın­maz əm­lak sa­hə­sin­də eks­pert Nüs­rət İb­ra­hi­mov bil­di­rir ki, ha­zır­da yay möv­sü­mü ol­du­ğu və mə­zu­niy­yət­lər döv­rü baş­la­dı­ğı üçün Ba­kı­da da­şın­maz əm­lak ba­za­rın­da nis­bi sa­kit­lik­dir. O bil­di­rib ki, ha­zır­da ba­zar­da ak­tiv­li­yin azal­ma­sı ev­lə­rin qiy­mə­ti­nə tə­sir edib: "Ümu­mən, da­şın­maz əm­lak ba­za­rın­da iyun ayı ər­zin­də 0.6 fa­iz azal­ma mü­şa­hi­də olu­nub. Ay ər­zin­də tək­rar mən­zil ba­za­rın­da 7 fa­iz, il­kin mən­zil ba­za­rın­da qiy­mət­lər­də 1 fa­iz azal­ma olub, tor­paq ba­za­rın­da isə qiy­mət­lər, de­mək olar ki, sta­bil qa­lıb". Eks­pert bil­di­rib ki, da­şın­maz əm­lak ba­za­rın­da alı­cı­la­rın bö­yük ək­sə­riy­yə­ti mən­zil al­maq və ya sat­maq üçün pa­yız ay­la­rı­nı göz­lə­yir: "Adə­tən ba­zar­da ak­tiv­lik av­qus­tun so­nu, sen­tyab­rın əv­və­lin­də baş­la­yır. Ba­zar­da ak­tiv­li­yin art­ma­sı, tə­bii ki, qiy­mət ar­tı­mı­na da sə­bəb ola­caq".

Əm­lak Eks­pert Mər­kə­zi­nin di­rek­to­ru Ra­mil Os­man­lı isə vur­ğu­la­yır ki, Ba­kı şə­hə­rin­də ye­ni ti­ki­li­lə­rin tək­lif port­fe­lin­də­ki pa­yı­nın art­ma­sı­na bax­ma­ya­raq, on­la­rın qiy­mə­ti azal­mır. O bil­di­rib ki, ye­ni ti­ki­li­lə­rin sa­yı art­sa da, qiy­mət­lə­ri də yük­sə­lir. Bu da ona gö­rə­dir ki, ye­ni ti­ki­li­lər­də qiy­mət­lə­rin azal­ma­sı üçün iq­ti­sa­di əsas­lan­ma möv­cud de­yil. Ey­ni za­man­da, qiy­mə­tə mən­zil ti­kin­ti ko­or­pa­ra­tiv­lə­ri­nin rəh­bər­lə­ri nə­za­rət edir və on­lar sub­yek­tiv mü­la­hi­zə­lə­ri­nə əsas­la­nıb qiy­mət si­ya­sə­ti hə­ya­ta ke­çi­rir­lər: "Ti­kin­ti şir­kət­lə­ri­nin ki­fa­yət qə­dər kə­nar ma­liy­yə re­surs­la­rı ol­du­ğu­na gö­rə on­lar qiy­mət si­ya­sə­tin­də bi­ris­ti­qa­mət­li xətt yü­rü­dür­lər. On­lar tək­lif və tə­ləb şərt­lə­ri­ni nə­zə­rə al­ma­dan qiy­mət si­ya­sə­ti hə­ya­ta ke­çi­rir­lər. Ona gö­rə də mən dü­şün­mü­rəm ki, köh­nə ti­ki­li­lə­rin ye­rin­də ye­ni çox­mər­tə­bə­li bi­na­la­rın ti­kil­mə­si mən­zil­lə­rin qiy­mə­ti­nə tə­sir edə­cək".

Am­ma Azər­bay­can Me­mar­lar İt­ti­fa­qı­nın İda­rə He­yə­ti­nin səd­ri El­bay Qa­sım­za­də bil­di­rir ki, Mən­zil İn­şaa­tı Döv­lət Agent­li­yi (Mİ­DA) in­şa et­di­yi ev­lə­rin 20 fai­zi­ni kom­mer­si­ya məq­səd­lə­ri üçün sa­tar­sa, mən­zil ba­za­rın­da rə­qa­bət ya­ra­nar. O bil­di­rib ki, əha­li­nin az­tə­mi­nat­lı his­sə­si­nin gü­zəşt­li şərt­lər­lə ti­ki­lən so­si­al mən­zil­lə­rə eh­ti­ya­cı var və agent­li­yin in­şa et­di­yi mən­zil­lər ilk növ­bə­də iq­ti­sa­di cə­hət­dən or­ta sə­viy­yə­dən bir qə­dər aşa­ğı olan tə­bə­qə üçün­dür. Baş me­mar bil­di­rib ki, Mİ­DA-nın tək­lif et­di­yi qiy­mət­lər ki­fa­yət qə­dər yax­şı və cəl­be­di­ci­dir. Döv­lət Agent­li­yi tik­di­yi mən­zil­lə­rin 80 fai­zi­ni əsas şərt­lər­lə, 20 fai­zi­ni isə kom­mer­si­ya məq­səd­lə­ri üçün sa­ta bi­lər. Be­lə olan hal­da, Mİ­DA mən­zil ba­za­rı ilə rə­qa­bə­tə gi­rə­cək. Bu isə qiy­mət­lər­də ucuz­laş­ma­ya sə­bəb ola­caq. La­kin bu ucuz­laş­ma ki­ra­yə mən­zil ba­za­rı­na tə­sir et­mə­yə­cək. Çün­ki re­al və­ziy­yə­tin təh­li­li ki­ra­yə mən­zil ba­za­rın­da tə­lə­bin ar­tıq in­di­dən art­dı­ğı­nı gös­tə­rir.  Ümu­miy­yət­lə, ha­zır­da ki­ra­yə ba­za­rın­da mü­şa­hi­də olu­nan dur­ğun­luq təd­ri­cən ara­dan qal­xır. Ki­ra­yə ev­lə­rə tə­lə­bi ya­ra­dan­la­rın ək­sə­riy­yə­ti­ni tə­lə­bə kon­tin­gen­ti təş­kil edir. Bu sə­bəb­dən, eks­pert­lə­rin fik­rin­jə, ye­ni təd­ris ilin­də qiy­mət­lə­rin da­ha çox ar­tı­mı mü­şa­hi­də olu­na­caq. Ümu­miy­yət­lə, təh­lil­lər gös­tə­rir ki, av­qus­tun or­ta­la­rın­dan ok­tyab­rın əv­vəl­lə­ri­nə  ki­mi ki­ra­yə ev­lə­rin qiy­mə­ti ba­ha olur. Bu da, yu­xa­rı­da qeyd olun­du­ğu ki­mi, tə­lə­bə­lə­rin gə­li­şi ilə əla­qə­dar­dır. Ki­ra­yə ev is­tə­yən­lər adə­tən ya met­ro­ya ya­xın, ya da da­xil ol­duq­la­rı uni­ver­si­tet­lə­rə ya­xın əra­zi­də ev is­tə­yir. Hə­min əra­zi­lər­də də ev­lər ba­ha olur, xü­su­sən də uni­ver­si­tet­lə­rin ya­xın­lı­ğın­da yer­lə­şən ev­lə­rin qiy­mə­ti da­ha yük­sək olur. Ha­zır­da met­ro­nun "Elm­lər Aka­de­mi­ya­sı" stan­si­ya­sı ət­ra­fın­da 400 ma­nat­dan ucuz ki­ra­yə ev tap­maq müm­kün de­yil. "Neft­çi­lər", "Qa­ra Qa­ra­yev", "Hə­zi As­la­nov" və di­gər met­ro stan­si­ya­la­rı ət­ra­fın­da isə qiy­mət­lər 250-300 ma­nat ara­sın­da də­yi­şir. Bu qiy­mət­lə­rin ayın axı­rı­na doğ­ru da­ha da art­ma­sı göz­lə­nir. Be­lə­lik­lə, əm­lak ba­za­rı ilə mü­qa­yi­sə­də in­di mən­zil ki­ra­yə ba­za­rın­da ta­ma­mi­lə fərq­li bir ten­den­si­ya mü­şa­hi­də edi­lir. Əm­lak ba­za­rın­da qiy­mət­lə­rin sa­bit­li­yi mü­şa­hi­də edi­lir­sə, ev, ki­ra­yə ba­za­rın­da qiy­mət­lər ar­tır. Eks­pert­lər he­sab edir ki, uni­ver­si­tet­lə­rin öz­lə­ri­nin ya­taq­xa­na­la­rı ol­ma­ya­na qə­dər ki­ra­yə ba­za­rın­da be­lə və­ziy­yət mü­şa­hi­də olu­na­caq.

Ta­hir TA­ĞI­YEV

Son xəbərlər