21/08/2017 18:04
728 x 90

"Qa­ra qı­zıl"dan son­ra Azər­bay­can dün­ya ti­ca­rə­tin­də "sa­rı qı­zıl döv­rü" baş­la­da bi­lər...

"Öl­kə­nin qı­zıl eh­ti­ya­tı nə qə­dər çox ol­sa, bu bir o qə­dər iq­ti­sa­di təh­lü­kə­siz­li­yin tə­mi­na­tı­na öz töh­fə­si­ni ve­rər"

img

Za­kir Əh­mə­dov: "Ötən 20 il­də xey­li iş gö­rü­lüb"

 

Azər­bay­can­da qı­zıl is­teh­sal edən "Ang­lo-Asi­an Min ing PLC" (AAM) şir­kə­ti bu ilin av­qust ayın­dan eti­ba­rən ye­ni "Qa­dir" ya­ta­ğın­dan qı­zıl ha­si­la­tı­na baş­la­yıb. Mə­lu­ma­ta gö­rə, "Qa­dir" ya­ta­ğın­dan ar­tıq 3 min ton fi­liz is­teh­sal edi­lə­rək gə­lə­cək emal üçün za­vo­da gön­də­ri­lib. Sö­zü­ge­dən qı­zıl ya­ta­ğı "Gə­də­bəy" komp­leks ya­ta­ğı­nın təq­ri­bən 1 ki­lo­metr­li­yin­də yer­lə­şir.

Ötən il "AAM" da­ha bir qı­zıl ya­ta­ğı olan "Qo­şa" ya­ta­ğın­da ha­si­la­ta baş­la­mış­dı. 2014-cü il­də bu ya­taq­da 28 891 ton fi­liz ha­sil olu­nub. Çı­xa­rı­lan hər ton fi­liz­dən 4,15 qram qı­zıl ay­rı­lıb.

"Qo­şa" ya­ta­ğı­nın qı­zıl eh­ti­yat­la­rı 40 000 un­si­ya ola­raq qiy­mət­lən­di­ri­lir ki, bu­nun da 2017-ci il ər­zin­də ha­sil olu­na­ca­ğı plan­laş­dı­rı­lıb. Ümu­mi­lik­də "AAM" 2015-ci ilin ilk ya­rı­mi­lin­də 35 938 un­si­ya qı­zıl, SART üsu­lu ilə 418 ton mis və 6 477 un­si­ya gü­müş is­teh­sal edib. Şir­kət bu ilin so­nu­na­dək 70-75 min un­si­ya qı­zıl is­teh­sal et­mə­yi plan­laş­dı­rır.

Qeyd edək ki, "Ang­lo Asi­an Mi­ning PLC" şir­kə­ti Azər­bay­can hö­ku­mə­ti ilə 1997-ci ilin av­qus­tun­da im­za­la­dı­ğı PSA tip­li ra­zı­laş­ma­ya əsa­sən, öl­kə­nin cə­nub-qər­bin­də yer­lə­şən al­tı ya­taq­da - "Gə­də­bəy", "Or­du­bad", "Qo­şa Bu­laq", "Qı­zıl Bu­laq", "Vej­nə­li" və "Sö­yüd­lü" ya­taq­la­rın­da qı­zıl is­teh­sal et­mək hü­qu­qu­na ma­lik­dir.

Ümu­mi­lik­də, qı­zıl ya­taq­la­rın­da ha­sil olu­nan qı­zıl­lar saf­laş­dı­rıl­maq üçün İs­veç­rə­yə gön­də­ri­lir. Kül­çə­lər Azər­bay­ca­na gön­də­ri­lir və hö­ku­mə­tin he­sa­bın­da sax­la­nır.

Bü­töv­lük­də, növ­bə­ti qı­zıl ya­ta­ğı­nın is­tis­ma­ra ve­ril­mə­si­ni eks­pert­lər ne­cə də­yər­lən­di­rir?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən eks­pert Za­kir Əh­mə­dov ümu­mən öl­kə­də bu is­ti­qa­mət­də gö­rü­lən iş­lə­rə müs­bət priz­ma­dan ya­naş­dı: "1997-ci il­dən üzü bə­ri ötən 20 il­də xey­li iş gö­rü­lüb. Öl­kə­nin bir sı­ra qı­zıl ya­taq­la­rın­dan qı­zı­lın ha­sil olun­ma­sı ilə bağ­lı xa­ri­ci şir­kət­lər­lə uğur­lu əmək­daş­lıq apa­rı­lır. Tə­bii ki, qı­zıl qiy­mət­li me­tal ol­du­ğu üçün, növ­bə­ti ya­ta­ğın iş­lən­mə­si ilə bağ­lı iş­lə­rə start ve­ril­mə­si müs­bət hal­dır. Bu im­kan ve­rə­cək ki, Azər­bay­can­da ha­sil olu­nan qı­zı­lın həc­mi art­sın. Öl­kə­nin qı­zıl eh­ti­ya­tı nə qə­dər çox ol­sa, bu bir o qə­dər iq­ti­sa­di təh­lü­kə­siz­li­yin tə­mi­na­tı­na öz töh­fə­si­ni ve­rər. Bir şe­yi də unut­maq ol­maz ki, Azər­bay­ca­nın əsas qı­zıl ya­taq­la­rı iş­ğal olun­muş əra­zi­lər­də­dir. Tə­əs­süf ki, er­mə­ni iş­ğa­lı­nın hə­lə də da­vam et­mə­si Kəl­bə­cər ra­yo­nun­da yer­lə­şən qı­zıl ya­taq­la­rı­nın is­tis­ma­rı­na im­kan ver­mir. Mə­lu­ma­ta gö­rə, iş­ğal­çı tə­rəf qa­nun­suz ola­raq hə­min ya­taq­la­rı is­tis­mar edir".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər