20/09/2017 06:00
728 x 90

Azər­bay­can­da 5 min eh­ti­yac­lı­nın mən­zil prob­le­mi bir an­da həll olun­du...

"Mən­zi­lə sa­hib ol­maq üçün 5373 şəx­sin mü­ra­ci­ət et­mə­si göz­lə­ni­lən idi"

img

Nüs­rət İb­ra­him­li: "So­si­al mən­zil­lər az­tə­mi­nat­lı ai­lə­lər üçün nə­zər­də tu­tu­lub, mü­ra­ciə­tin çox­lu­ğu­na bax­ma­ya­raq, adın­dan da gö­rün­dü­yü ki­mi, eh­ti­ya­cı olan tə­bə­qə­lə­rə ve­ril­mə­si göz­lə­nir"

 

Və­tən­daş­la­rın mən­zil-məi­şət şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə öl­kə baş­çı­sı İl­ham Əli­ye­vin gös­tə­ri­şi­nə əsa­sən pay­taxt əra­zi­sin­də so­si­al mən­zil­lə­rin in­şa­sı nə­zər­də tu­tu­lub. Ar­tıq Ya­sa­mal­da döv­lə­tin dəs­tə­yi ilə im­kan­sız ai­lə­lər üçün mən­zil­lə­rin ti­kin­ti­si yö­nün­də təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir.

Mən­zil İn­şaa­tı Döv­lət Agent­li­yi­nin ilk la­yi­hə­si olan Ya­sa­mal Ya­şa­yış Komp­lek­si­nin ti­kin­ti­si çər­çi­və­sin­də ya­şa­yış bi­na­sı­nı ti­kə­cək şir­kət ar­tıq mü­əy­yən­lə­şib. Qeyd edək ki, "KAT Hol­ding" MMC tə­rə­fin­dən in­şa olu­na­caq 12 mər­tə­bə­li 60 mən­zil­lik bir bi­na Mən­zil İn­şaa­tı Döv­lət Agent­li­yi­nin sə­rən­ca­mı­na ve­ri­lə­cək, hə­min bi­na­nın ya­şa­yış sa­hə­lə­ri "Gü­zəşt­li mən­zil" elek­tron sis­te­mi va­si­tə­si­lə sa­tı­şa çı­xa­rı­la­raq gü­zəşt­lə mən­zil əl­də et­mək hü­qu­qu olan şəxs­lə­rə tək­lif olu­na­caq. 

Mən­zil İn­şaa­tı Döv­lət Agent­li­yi­nin (Mİ­DA) 2017-ci ilin 6 ayı ər­zin­də fəa­liy­yə­ti­nin nə­ti­cə­lə­ri­nə həsr olu­nan he­sa­bat ic­la­sın­da bil­di­ri­lib ki, mü­va­fiq ka­te­qo­ri­ya­la­ra aid olan 5376 və­tən­da­şın mən­zil əl­də et­mək hü­qu­qu təs­diq­lə­nə­rək hə­min şəxs­lər üçün elek­tron ka­bi­ne­tin ya­ra­dıl­ma­sı tə­min edi­lib.

So­si­al mən­zil­lər la­yi­hə­si­nin əhə­miy­yə­ti ba­rə­də da­nı­şan da­şın­maz əm­lak mə­sə­lə­lə­ri üz­rə eks­pert Nüs­rət İb­ra­him­li "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, evə eh­ti­ya­cı olan in­san­la­rın tə­lə­ba­tı­nı ödə­mək üçün bu­nun ic­ra olun­ma­sı təq­di­rə­la­yiq­dir: "Mən­zi­lə sa­hib ol­maq üçün 5373 şəx­sin mü­ra­ci­ət et­mə­si göz­lə­ni­lən idi. Çün­ki mən­zil al­maq is­tə­yən­lə­rin heç də ha­mı­sı İpo­te­ka Fon­du­nun tə­ləb­lə­ri­nə ca­vab ver­mir. Bu sə­bəb­dən də hə­min şəxs­lə­rin, de­mək olar ki, ək­sə­riy­yə­ti gü­zəşt­li mən­zi­lə sa­hib ol­maq is­tə­yir. An­caq onu da qeyd et­mək la­zım­dır ki, mü­ra­ci­ət edən hər bir kəs ev­lə tə­min olu­na bil­məz. Çün­ki Mən­zil İn­şaa­tı Döv­lət Agent­li­yi­nin öz şərt­lə­ri var. Hə­min şərt­lə­rə ca­vab ve­rən­lər mən­zil si­ya­hı­sı­nı dü­şə­cək. Bu gün mən­zi­lə eh­ti­ya­cı olan şəxs­lə­rin sa­yı heç də az de­yil".

Həm­söh­bə­ti­mi­zin söz­lə­ri­nə gö­rə, so­si­al mən­zil­lər az­tə­mi­nat­lı ai­lə­lər üçün nə­zər­də tu­tu­lub: "Mü­ra­ciə­tin çox­lu­ğu­na bax­ma­ya­raq, adın­dan da gö­rün­dü­yü ki­mi, eh­ti­ya­cı olan tə­bə­qə­lə­rə ve­ri­lə­cək. Yük­sək əmək­haq­qı alan in­san­la­rın on­suz da bu cür im­ka­nı var. Odur ki, la­yi­hə­dən mən­zi­li ol­ma­yan in­san­la­rın bəh­rə­lən­mə­si da­ha mü­na­sib­dir. Nə­zə­rə alaq ki, mü­əy­yən qə­dər in­san məhz ev prob­le­mi­nə gö­rə ai­lə qur­maq üçün ge­ci­kir. O ba­xım­dan so­si­al mən­zil­lə­rin tə­yi­na­tı üz­rə pay­lan­ma­sı va­cib­dir".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər